16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi”
32 il bundan öncə, 1991-ci il avqustun 30 –da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd –“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi.”
Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib: “Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilmiş Naxçıvan Ali Məclisinin iclasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul olundu. Həmçinin analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, bütün SSRİ-nin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərlərinin də günahkar olduqlarını qeyd etdi.”
K.Qafarov Naxçıvanda həyata keçirilən demokratik tədbirlərin bütün Azərbaycana nümunə olduğunu vurğulayaraq deyib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Bu təhlildə böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri göstərildi, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurlar qeyd olundu və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyi vurğulandı. Xalq öz dahi liderinin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə ağır blokada vəziyyətində olan Naxçıvanın müdafiəsi və sonrakı inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən dərhal sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Birmənalı olaraq demək lazımdır ki, məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı” .
Bölməyə aid digər xəbərlər

Tarix: 2-09-2023, 08:45 Oxunub: 12
Bölməyə aid digər xəbərlər
1-09-2023, 11:17
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı
31-08-2023, 08:36
Eltun Süleymanov: "Azərbaycan istiqlalının parlaq dühası"
30-08-2023, 11:09
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinə zəmin yaradan cəsarətli addımlar atmışdır”
30-08-2023, 09:49
Xilaskarlıq missiyası
28-05-2023, 09:20
Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
28-05-2022, 08:51
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
18-01-2022, 14:44
Əli Hüseynov: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO