12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Səttar Möhbalıyev: “Qarabağın erməniəsilli sakinləri yeni reallığı özləri üçün şans bilməlidirlər”

Səttar Möhbalıyev: “Qarabağın erməniəsilli sakinləri yeni reallığı özləri üçün şans bilməlidirlər”


“Bölgəni gərginlikdən xilas etmək, işğalın acı nəticələrini aradan qaldırmaq, münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün Azərbaycan səylə çalışır. Vətən müharibəsi başa çatandan dərhal sonra qalib ölkə olan Azərbaycan sülh təkliflərini irəli sürdü. Amma bundan müxtəlif bəhanələrlə yayınan yenə də təcavüzkar ölkə oldu. Məğlubedilməz hesab etdiyi işğalçı ordusu məhv edildiyi üçün bu dəfə havadarlarının köməyinə ümid edirdi. Düşünürdü ki, vaxtı uzatmaq, “dostlarının” Azərbaycana telefon zəngləri ilə, bəlkə də, nəyəsə nail ola bilər. Hətta hərbi təxribatlara belə gedir, qaçmaqla canını güclə qurtarmış fərari əsgərlərini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindən çıxarmırdı, müxtəlif formalarda separatçılara dəstək göstərirdi. Baxmayaraq ki, kapitulyasiya aktında bununla bağlı öhdəliklər götürmüşdü. Açıq görünürdü ki, “Dəmir yumruq” işə düşməsə, qarşı tərəf bunları edən deyil. Odur ki, Azərbaycan öz ərazisində - Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı və qısa vaxt ərzində başından çox-çox böyük danışan düşmənin dizini yerə qoydu”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, antiterror tədbirləri Ermənistana böyük dərs olmalıdır: “Anlamalıdırlar ki, sülhə gəlməkdən başqa yolları qalmayıb, heç bir çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Həm də başa düşməlidirlər ki, yuvarlandıqları ağır iqtisadi-siyasi böhrandan yeganə çıxış yolu qalib ölkə ilə - Azərbaycanla sülhə gəlməkdir. Əks təqdirdə üzləşdikləri böhranın daha dərin qatlarına enəcəklər. Ötən gecə dövlətimizin başçısı cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, Qarabağda yaşayan erməni əhalisi də rahat nəfəs ala bilər. Bununla bağlı qeyd edim ki, separatçı rejim uzun illər idi yerli erməniləri istismar edir, girovluqda saxlayır, bir sözlə, dünyadan təcrid etmişdi. Azərbaycanın antiterror tədbirləri nəticəsində onların xoşbəxt gələcəyi üçün qarşılarında yeni imkanlar açılıb. Bunun üçün onlar separatçıların düşmənçilik aşılayan təbliğatını unutmalı, Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdırlar. Bilməlidirlər ki, yaşadıqları yer Azərbaycan ərazisidir. Əgər bunları kimsə qəbul etməyəcəksə, Azərbaycan tərəfi onlar üçün başqa seçim yeri də qoyub: yol açıqdır”.
“Prezident İlham Əliyev müraciətində bildirdi ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Reallıq ortadadır: əsrlər boyu Azərbaycan tolerantlıq məkanı kimi dünyaya səs salıb. Ayrı-ayrı xalqların nümayəndələri, başqa dinlərə mənsub olanlar ölkəmizdə mehriban bir ailə kimi xoşbəxt yaşayırlar. Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Odur ki, Azərbaycan ərazisində xoşbəxt və firavan yaşamaq üçün erməniəsilli sakinlər üçün heç bir problem yoxdur”, - Milli Məclisin deputatı əlavə edib.

Tarix: 21-09-2023, 15:48 Oxunub: 14


Bölməyə aid digər xəbərlər