16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Kamaləddin Qafarov: “Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də aktualdır”
“ 1994-cü il mayın 21-də Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşü zamanı çıxış edən Ümummilli Lider demişdir: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” Təəssüflər olsun ki, Azərbaycan xalqı səriştəsiz, təcrübəsiz və biliksiz insanların ölkəyə rəhbərlik etmələrinin hansı acı nəticələrə gətirib çıxardığını öz təcrübəsindən yaxşı bilir. Müstəqilliyin ilk illərində məhz belələrinin “səyləri” nəticəsində Azərbaycan özünün xarici siyasətində tam iflasa uğramış, beynəlxalq aləmdən təcrid vəziyyətinə düşmüşdü. Əgər 1993-cü ildə Ulu Öndər xalqın səsinə səs verib ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, bütün baş verənlər Azərbaycanın bir dövlət olaraq süqutu ilə nəticələnəcəkdi.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərini dövlətimizin xarici siyasətində prioritet istiqamət kimi hər zaman önə çəkdiyini vurğulayaraq deyib: “Ümummilli Lider Azərbaycan-Türkiyə münasibətlərinə hər zaman xüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda söylədiyi nitqində Ulu Öndər bu münasibətlərin tarixi köklər əsasında formalaşdığını vurğulayaraq demişdir: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.” Bu gün də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün Türk dünyasına bir örnəkdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il qardaş ölkədə keçirilmiş prezident seçkilərindən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycana səfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənəd ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açmış oldu.”
K.Qafarov dünyada hegemonluğa can atan, öz məqsədləri naminə daha zəif ölkələrə təzyiq göstərməyə çalışan böyük dövlətlərin ikili standartlar siyasətinin hər zaman Heydər Əliyev tərəfindən qətiyyətlə pisləndiyini qeyd edib: “Ulu Öndərin qətiyyəti və cəsarəti dünyanın ən görkəmli siyasi liderləri tərəfindən dəfələrlə təsdiq olunub. Bu cəsarətin ən bariz göstəricilərindən biri kimi, Ümummilli Liderimizin hələ 1990-cı ildə, Bakıda törədilmiş 20 Yanvar faciəsinə sərt reaksiya verərək SSRİ rəhbərliyini kəskin formada tənqid etməsini və ən əsası da, bunu məhz sovet imperiyasının paytaxtında, Moskvada etməsini göstərmək olar. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə də bu prinsipial mövqeyindən heç zaman geri çəkilməmişdir. 1997-ci ilin 15 yanvar tarixində, Fransanın paytaxtı Paris şəhərində bu ölkədə akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandırarkən Heydər Əliyev demişdir: “Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik.” Bu gün də Azərbaycan öz xarici siyasətində Ulu Öndərimizin müəyyən etdiyi bu əsas prinsipləri hər zaman rəhbər tutur. Ölkə Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq təşkilatlarda, ən nüfuzlu sammit və toplantılarda etdiyi qətiyyətli və prinsipial çıxışları, ilk növbədə, elə Fransanın özü kimi haqsız və ədalətsiz mövqelərdə olan ölkələrin rəhbərlərinin siyasətlərinin ifşasına və iflasına xidmət edir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 13-10-2023, 09:07 Oxunub: 53
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
29-09-2023, 09:20
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO