16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Aqiyə Naxçıvanlı: “Müstəmləkəçi dövlətlərin Azərbaycanı ittiham etmək cəhdləri beynəlxalq hüquqa bir təhqirdir”
“Azərbaycanın bu ilin 19 sentyabr tarixində keçirdiyi antiterror tədbiri özünün effektivliyinə və bəzi digər xüsusiyyətlərinə görə unikal əməliyyat idi. Faktiki olaraq bir sutkadan da az müddət ərzində davam edən bu əməliyyatın nəticəsi olaraq Azərbaycan dövləti Qarabağ bölgəsində separatizmin kökünü kəsdi və bununla da bütün ölkə ərazisində özünün tam suverenlyini təmin etdi. Ən qısa müddət ərzində qarşıya qoyulmuş bütün məqsədlərə nail olundu. Bu həqiqətən də unikal bir təcrübədir. Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 11-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə keçirdiyi görüşün gedişində təhlükəsizliklə bağlı digər mühüm məsələlərlə yanaşı Azərbaycanın bu təcrübəsi də ətraflı müzakirə edilmiş, dövlətimizin başçısı tərəfindən görüşün iştirakçılarına detallı açıqlamalar təqdim olunmuşdur. İlk növbədə cənab Prezident İlham Əliyev Şura iclasının MDB-nin növbəti sammiti ərəfəsində keçirildiyini diqqət mərkəzinə çəkərək bu tədbirin həmçinin dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətin bir çox mühüm məqamlarının müzakirəsinə kömək edəcəyini vurğuladı. Qeyd olundu ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib və əlbəttə ki, bir çox sahələrlə yanaşı təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Həqiqətən də mövcud mürəkkəb beynəlxalq şəraitdə, təhdidlərin artması, yeni qeyri-sabitlik və münaqişə ocaqlarının yaranması fonunda dost və qonşu ölkələrin xüsusi xidmət orqanlarının təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyəti getdikcə artır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Prezident İlham Əliyevin MDB ölkələrinin yerləşdikləri regionlarda müəyyən xarici təhdidlərin olmasına rəğmən, ümumilikdə bu məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyi barədə səsləndirdiyi fikirlərin önəmini qeyd edən deputat həmçinin bildirib ki, Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət kəsb edir: “Öz çıxışında cənab Preident İlham Əliyev MDB ölkələrinin yerləşdikləri məkanda xarici təhdidlərin yaratdığı risklərin operativ işlə minimuma endirildiyini və ictimai-siyasi sabitliyin möhkəmləndiyini müsbət hal kimi qeyd etdi. Bu baxımdan Cənubi Qafqazda regional təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün Azərbaycanın gördüyü tədbirlər çox mühüm amil kimi çıxış edir. Təbii ki, bu baxımdan ölkəmizin üç həftə əvvəl öz suverenliyini bütün ərazisində tam bərpa etməsi faktı müstəsna önəm daşıyır. Artıq bundan sonra regionda sülhə nail olmağın yolunda heç bir əngəl yoxdur. Əlbəttə, bu reallıq Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün hegemonluğa can atan, regionumuza müstəmləkəçi siyasətlərini yeritməyə çalışan qüvvələrin planlarına tamamilə ziddir. Ümumiyyətlə regional sabitlik onların planlarına ziddir. Məhz buna görə də antiazərbaycan ruhlu Qərb mediasında son həftələrdə baş verən hadisələr birtərəfli və qərəzli formada əks olunur.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı Fransa kimi çirkin müstəmləçilik siyasətini hələ də davam etdirən bir dövlətin ölkəmizə qarşı beynəlxalq konvensiyaların, insan hüquqlarının pozulması ilə bağlı hansısa ittihamlar irəli sürməyə heç bir mənəvi haqqı olmadığını vurğulayıb: “Məlum olduğu kimi bu gün dünyada ölkəmizə qarşı Qərbdəki erməni havadarları tərəfindən aparılan iyrənc təxribatın, düzənlənən böhtan kampaniyalarının əsas ilhamverici qüvvəsi Fransadır. Dövlət başçımızın dediyi ki, bu, həm Fransa hökumətinin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Onların interpretasiyasında Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı inkar edilir, tarixi faktların yerinə geniş ictimaiyyətə yalanla dolu uydurmalar təqdim olunur. Azərbaycan bu gün misli görünməmiş informasiya müharibəsi ilə üz-üzədir. Həm də bu müharibəni bizə qarşı çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə sahib olduqları saysız media resursları aparır. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat isə ümumiyyətlə absurd ittihamdır. Çünki Azərbaycan öz ərazisində döyüşüb, öz əzəli torpaqlarını işğaldan azad edib, separatizmi aradan qaldırıb və bütün bunları humanitar normalara, Cenevrə Konvensiyasına əməl etməklə həyata keçirib. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv etməklə əsil soyqırımı həyata keçirən, Afrikanın digər hissələrində və bütün dünyada insanlıq əleyhinə qanlı cinayətlər törədən, bu gün də müstəmləkələr saxlamağa davam edən Fransız rejiminin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi beynəlxalq hüququn özünə bir təhqirdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 13-10-2023, 10:43 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
12-10-2023, 09:07
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin müdrik siyasəti xalqı və ölkəni etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu”
4-10-2023, 10:11
Aqiyə Naxçıvanlı: “Azərbaycanın kosmik sənyenin inkişafı yönümündə uğurları danılmazdır”
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
22-09-2023, 13:44
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
21-09-2023, 14:56
Aqiyə Naxçıvanlı: “Vəziyyətin gərginləşməsi Azərbaycanın dəmir yumruğunun növbəti zərbəsini qaçılmaz etdi”
20-09-2023, 10:59
Aqiyə Naxçıvanlı: “Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin yeganə qarantı Azərbaycan ola bilər”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO