12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şuşanın və ətraf yüksəkliklərin alınması düşmənin müqavimət gücünü tamamilə sarsıtdı

Şuşanın və ətraf yüksəkliklərin alınması düşmənin müqavimət gücünü tamamilə sarsıtdı





2020-ci il sentyabrın əvvəllərindən etibarən  silahlı qüvvələrin  cəbhə boyu təmas xəttində Ermənistan qoşunlarının aktivliyinin artması,ayın ortalarında isə döyüş hazırlığı tədbirlərinin həyata keçirilməsi  kəşfiyyat məlumatları əsasında  təsdiqləndi. Düşməni artıq xırda təxribatlarla  kifayətlənmək istəmədiyi, aktiv surətdə yeni müharibəyə  hazırlaşması, “yeni müharibə, yeni ərazilər” kimi təcavüzkar ideyalarını reallaşdırmaq niyyətləri aydın sezilirdi. Sentyabrın 26 dan başlayaraq düşmən cəbhə xəttindəki mövqelərimizi, həmçinin mülki yaşayış məntəqələrini iriçaplı silahlar müxtəlif tipli artilleriya qurğularından intesiv atəşə tutdu.
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə sentyabrın 27-si səhər 6:00 da  əks-hücum əməliyyatına  keçdi. Azərbaycan ordusu  düşmənə ağır zərbələr endirdi. Müzəffər Azərbaycan ordusu XXI əsrin müharibəsini aparır, düşmənə, sözün həqiqi  mənasında,hərbi”dərs” keçirdi. Cənub-şərq istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr endirilirdi. Ordumuzun bölmələri oktyabrın 4-də Cəbrayıl şəhərini və həmin rayonun  bir neçə  kəndini işğaldan azad etdi. Düşmənin mümkün hücum istiqamətlərini əvvəlcədən aşkar edən Azərbaycan Komandanlığı  əks-hücuma cəhd edən işğalçı ordunun mövqelərimizin içərilərinə doğru  irəliləməsinə mane oldu. Müharibənin ilk günlərindən Hadrut qəsəbəsi ordumuzun əsas hədəfinə çevrilmişdir. Oktyabrın 9-da Hadrut qəsəbəsi düşməndən tamamilə təmizləndi.Bu qəsəbənin azad olunması ilə, Azərbaycan ordusu düşmən üzərində  mənəvi-psixoloji üstünlük qazandı.Ordumuzun Şuşa üzərinə sürətli hücumuna əlverişli şərait yarandı. Oktyabrın 18-də Xudafərin körpüsü üzərində  Azərbaycan bayrağı dalğalanmağa başladı. Düşmənin uydurduğu  və uzun illər ərzində  təbliğ etdiyi “məğlubedilməz erməni ordusu” mif cəmi bir neçə gün içərisində rəşadətli Azərbaycan ordusu tərəfindən yox edildi.
Oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı rayonu işğalçılardan təmizləndi. Oktyabrın 22-də Zəngilanın Ağbənd kəndinin işğaldan azad edilməsi ilə Azərbaycanİran sərhədi tamamilə ordumuzun nəzarətinə keçdi. Noyabrın 8-də artıq bütün şəhər rəşadətli ordumuzun tam nəzarəti altına keçdi və Şuşa düşmən tapdağından azad edildi. Şuşa azad edildikdən dərhal sonra 9 Noyabrda – Dövlət Bayrağı Günündə Azərbaycan ordusu daha 71 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla da hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın və ətraf yüksəkliklərin alınması düşmənin müqavimət gücünü tamamilə sarsıtdı. Bu qələbə Azərbaycan ordusunun həlledici üstünlüyünü təmin etdi.
44 günlük Vətən müharibəsində qazanılan qələbə işğal altında olan torpaqlarımızın azad edilməsinə hesablanmış məqsədyönlü daxili və xarici siyasətin nəticəsi idi. 
Maştağa qəsəbəsi, 293№ tam orta məktəbin 
tarix müəllimi Aytən Musayeva 


Tarix: 7-11-2023, 12:30 Oxunub: 108


Bölməyə aid digər xəbərlər