10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov: “SPECA iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir”

1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqpramı – Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. Bu proqramda SPECA üzv ölkələrini əhatə edən region daxilində qarşılıqlı iqtisadi bağlantıların yaradılması üçün nəqliyyat-logistika və sərmayə yatırımları imkanlarının araşdırılması ilə bağlı müvafiq layihələrin işlənib hazırlanması və müzakirəyə çıxarılması ilə yanaşı ölkələr arasında mədəni-humanitar əlaqələrin canlandırılması və regional inteqrasiya meyllərinin həvəsləndirilməsi də nəzərdə tutulur. SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. İqtisadi inteqrativ layihələrə yol açılması və bu proseslərin dəstəklənməsi baxımından Proqramın faydalılığı heç bir şübhə doğurmur.
Bu dəstək yalnız texniki-metodik xarakter daşısa da, inteqrasiya proseslərini hərəkətə gətirə biləcək layihələrin maliyyələşdirilməsi və reallaşdırılması isə üzv dövlətlərin özləri tərəfindən həyata keçirilir: Buna baxmayaraq inteqrasiya proseslərinin iqtisadi əsaslarının tədqiqi, iqtisadi dəyərləndirilməsi və perspektivlərin aşkarlanması baxımından SPECA olduqca faydalı bir layihədir. Prezident İlham Əliyevin Azərbaycanda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirakı da ölkəmizin bu proqrama verdiyi əhəmiyyətin göstəricisidrir. Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” adlı instalyasiyanın açılışını edib. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir və bu mərasim sərginin açılışını simvolizə edir.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirib. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak və çıxış edib. Ölkəmizin başçısı qeyd edib ki, “ İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”
Cəınab prezident İlham Əliyev ölkəmizin iqtisadiyyatında çox ciddi inkişaf meyllərinin olduğunu, iqtisadi əlaqələrin genişləndiyini bildirən ölkə başçısı bildirib ki, bu il BMT-nin himayəsi altında yaradılan SPECA Etimad Fonduna Azərbaycan 3,5 milyon ABŞ dolları ayıracaq. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.”
Eltun Süleymanov qeyd edib ki, “ölkəmizin başçısı Zirvə görüşündə iştirak edən ali qonaqlara Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra baş verən və verməkdə olan proseslər haqqında məlumat vermiş, müstəqil siyasət yürüdə bilməyən Ermənistanın və onun havadarlarının sülhə mane olma cəhdlərindən danışmışdır. Həmçinin cənab Prezident “Böyük Qayıdış” planına uyğun olaraq Qarabağın və Zəngəzurun abadlaşdırılması və 2026-cı ilə qədər bu ərazilərə 140 min yerli sakinin köçürülməsini təmin etmək sahəsində aparılan işlərdən danışmış, qardaş Qazaxıstan və Özbəkistan liderlərinə bu sahədə göstərdikləri qardaşlıq yardımına görə təşəkkürünü bildirmişdir.”
Eltun Süleymanov sonda qeyd edib ki, “SPECA – nın daha bir özəlliyi ondan ibarətdir ki, bu proqram əsasən türk geopolitik regionunu əhatə edir və nəticə etibarilə həm də bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığımız inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır. Son dövrlər türk dövlət başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 25-11-2023, 13:57 Oxunub: 125
Bölməyə aid digər xəbərlər
25-11-2023, 12:35
Aqiyə Naxçıvanlı: “Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının fəal iştirakçısıdır ”
10-11-2023, 13:41
Aqiyə Naxçıvanlı: “ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər”
18-09-2023, 10:38
Yeni imkanlar və perspektivlər
17-09-2023, 09:19
Kamaləddin Qafarov: “ Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək”
15-09-2023, 10:02
Eltun Süleymanov: “Azərbaycanın Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”
24-08-2023, 09:28
Eltun Süleymanov: Özbəkistanla Azərbaycanın imzaladığı Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd münasibətlərin yüksək səviyyəsinin göstəricisidir
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
13-04-2023, 10:34
Eltun Süleymanov: Cənab İlham Əliyevin Qazaxıstana səfəri xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir
9-04-2023, 13:32
Kamaləddin Qafarov: “Azərbaycan-Tacikistan əlaqələri qarşılıqlı etimad əsasında inkişaf edir”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
15-12-2022, 14:14
Eltun Süleymanov: "Türk dövlətrləri arasında qarşılıqlı əməkdaşlıq yüksəlir, birliyimiz möhkəmlənir"
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək