10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Aqiyə Naxçıvanlı: “Qələbədən sonra Şuşa üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu”

“Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ölkəmizin haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu tarixi hadisənin mahiyyətini açıqlayaraq belə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Həmçinin bu möhtəşəm tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də təmsil olunmuşdular. Bütün bunlar bir daha təsdiq etmiş oldu ki, Azərbaycan özünün haqq işi uğrunda ədalətli müharibə aparıb və tarixi Qələbə qazanmaqla həm də beynəlxalq hüququ bərpa edib.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, Şuşada qaldırılmış Zəfər bayrağının parada gətirilməsi də xüsusi önəm kəsb edən məqamlardan biri olub: “Birmənalı olaraq deməliyik ki, Şuşa şəhəri azad edildikdən sonra, qəhrəman Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi də rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu. Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin gedişində həlledici məqam idi. Məhz qələbə hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Zəfər paradına gətirlmiş bayraqla Şuşanın bir parçası da Zəfər paradında iştirak etmiş oludu. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də paradda nümayiş olunmuşdur. Bununla da həm ermənilər, həm də onların bütün dünyada olan havadarları öz xəyanətkar siyasətləri nəticəsində yaşamalı olduqları aqibətin acısını hər zaman xatırlamalı olacaqlarına dair açıq-aydın mesaj aldılar.”
Fikirlərini davam etdirərək, A.Naxçıvanlı bildirib ki, II Qarabağ savaşının hər günü xalqın yaddaşında qələbələrlə həkk olunub: “44 günlük Vətən müharibəsinin hər günü xalqımızın və dövlətimizin şanlı tarixidir. Hərbi əməliyyatların davam etdiyi bütün dövr ərzində Azərbaycan Ordusu hər gün yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Belə də oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında Dəmir yumruq kimi birləşərək Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Son dərəcə qürurverici haldır ki, müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər olsun belə, fərari olmayıb. Məhz bu fədakarlığın, şücaətin və rəşadətin nəticəsidir ki, Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.”
Daha sonra deputat qeyd edib ki, Bakıda keçirilmiş Zəfər paradı həm də Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin növbəti nümayişi oldu: “Birmənalı olaraq demək lazımdır ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında önəmli rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Təsadüfi deyil ki, Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Artıq bütün dünya bildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bu qardaşlıq bundan sonra həm də strateji müttəfiqlik müstəvisinə daşınmaqla öz gücünü daha da artıracaq.”
Sonda A.Naxçıvanlı Hərbi Qənimətlər Parkının yaradılmasının siyasi-mənəvi əhəmiyyətindən bəhs edərək bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə bir sıra mühüm qərarlar qəbul edib. İlk növbədə möhtərəm dövlət başçımız xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqların və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Həmçinin cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Bu gün düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Hərbi Qənimətlər Parkı bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-12-2023, 14:02 Oxunub: 69
Bölməyə aid digər xəbərlər
6-11-2023, 14:47
Elton Məmmədov: Qürur tariximiz
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-12-2022, 08:48
Kamaləddin Qafarov: “Zəfər paradı illərlə yaddaşlarda qalacaq qürurverici hadisə idi”
9-12-2022, 10:01
Azərbaycana zəfər yaraşır!
9-12-2022, 09:22
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi”
7-11-2022, 10:11
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-12-2021, 14:14
İlham Əliyev şəhid və hərbçiləri təltif etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO