10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Kamaləddin Qafarov: “Zəfər paradı şanlı Qələbənin təntənəsi idi”

“2020-ci ilin sentyabr-noyabr aylarında qəhrəman ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin-kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat vurğulayıb ki, hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. “Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktını imzaladı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, həmin ərazilərdə üçrəngli bayrağımız dalğalandı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.”
2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ilə bağlı fikirlərini bölüşən K.Qafarov qeyd edib ki, bu önəmli tarixi hadisə şanlı Qələbənin rəmzi kimi Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub: “Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini “Dəmir yumruq”la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradında 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərlə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndən qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi.”
K.Qafarov Zəfər paradının həm də Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayaraq deyib: “Üç il bundan öncə keçirilmiş Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri də xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır.”
Deputat Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Qələbənin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkının xüsusi əhəmiyyətini də qeyd edib: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika – tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də məğlubedilməz erməni ordusu barədə illər boyunca formalaşdırılan mifi məhv etdi”.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-12-2023, 09:00 Oxunub: 46
Bölməyə aid digər xəbərlər
4-12-2023, 16:00
Eltun Süleymanov: “Zəfər paradı xalqın, birliyini və gücünü nümayiş etditmiş tarixi hadisə oldu"
2-12-2023, 14:02
Aqiyə Naxçıvanlı: “Qələbədən sonra Şuşa üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu”
6-11-2023, 14:47
Elton Məmmədov: Qürur tariximiz
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
28-03-2023, 13:20
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
10-12-2022, 08:48
Kamaləddin Qafarov: “Zəfər paradı illərlə yaddaşlarda qalacaq qürurverici hadisə idi”
9-12-2022, 09:22
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi”
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO