10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Aqiyə Naxçıvanlı: “Dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad göstərdilər”

“Azərbaycanın dünya birliyində getdikcə yüksələn nüfuzu ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin də həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin artmasında özünü göstərir. O cümlədən bu il Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin də ən yüksək səviyyədə təşkili dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamasıdır. Bir neçə gün bundan öncə isə, Azərbaycan növbəti və daha böyük bir uğura imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının gələn il keçiriləcək 29-cu sessiyasına - COP29-a ev sahibliyi etmək hüququnu qazanmışdır. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə çıxış edərkən bildirmişdir ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat COP29-un çox irimiqyaslı tədbir olduğunu qeyd edərək bunları deyib: “Məlum olduğu kimi, İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası bütün sənayeləşmiş ölkələr, o cümlədən keçmiş SSRİ-nin bütün respublikaları da daxil olmaqla dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair imzalanmış bir müqavilədir. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, COP29 ölkəmizdə bu vaxta qədər keçirilmiş beynəlxalq tədbirlərlə müqayisəyə gəlmir. Gözlənilir ki, tədbirin davam edəcəyi iki həftə ərzində, təqribən 70-80 min xarici qonaq ölkəmizdə olacaq. Başqa sözlə desək, həmin müddətə Bakı dünyanın mərkəzinə çevriləcək. Məhz buna görə də dövlət başçısı dərhal hazırlıq işlərinin başlanmasına dair göstərişlərini verib. Əlbəttə ki, Azərbaycan bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.”
Həmçinin A.Naxçıvanlı COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın antiterror əməliyyatından cəmi iki ay yarım sonra qəbul edilməsinin son dərəcə önəmli bir məqam olduğunu vurğulamışdır: “Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Nəzərə alsaq ki, ölkəmiz cəmi iki ay yarım bundan əvvəl öz ərazilərində separatçılığa son qoymaq və suverenliyini bərpa etmək məqsədilə antiterror əməliyyatı keçirmişdir, bu zaman dünya birliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin tam qəbul edildiyini deyə bilərik. Həqiqətən də bu qərar bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Halbuki, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Təəccüb doğuran budur ki, hətta Ermənistanın belə artıq bu vəziyyətlə barışdığı halda, Fransa kimi bəzi Qərb ölkələri hələ də bununla barışmaq fikrində deyil. Lakin nəticə etibarı ilə həmin ölkələr də mövcud reallıqları qəbul etməyə məcbur olacaqlar. Bu ölkələrin xarici siyasətlərində yol verdikləri ən böyük səhvlərdən biri budur ki, onlar beynəlxalq birlik anlayışını təhrif edirlər. Beynəlxalq birlik dedikdə dünyanın 30-40 ölkəsi deyil, bütün ölkələri nəzərdə tutulur. Azərbaycan dörd il ərzində 120 ölkənin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edib. Dövlət başçımızın dediyi kimi, bu, çox böyük göstəricidir. Bu gün isə, Azərbaycana artıq bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. Azərbaycan bundan sonra da özünün beynəlxalq nüfuzunu qaldıracaq və dünya birliyində layiq olduğu ən yüksək mövqelərə sahib olacaq” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-12-2023, 19:14 Oxunub: 73
Bölməyə aid digər xəbərlər
16-12-2023, 09:15
Kamran Cəfərov: Azərbaycanın növbəti uğuru
15-12-2023, 12:36
İlham Əliyev: "İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq"
9-10-2023, 10:45
Qlobal kosmos sənayesinə inteqrasiya
4-10-2023, 10:11
Aqiyə Naxçıvanlı: “Azərbaycanın kosmik sənyenin inkişafı yönümündə uğurları danılmazdır”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
6-04-2023, 08:47
Aqiyə Naxçıvanlı: “2018-ci ilin növbədənkənar Prezident seçkiləri milli maraqlar baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə idi”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
4-04-2022, 10:35
Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO