12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır





    Azərbaycan xalqı 2003-cü ildə düzgün seçim etmişdi.Son 20 ilin tarixi göz qabağındadır. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Ulu öndər Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Hazırda Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır.
   Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi biz bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı əlbəttə ki, müxtəlif fikirlər var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Cəmiyyətdə də ziyalılar, elm adamları, poliqlotlar tərəfindən bu sahədə müzakirələrin aparılması arzuolunandır.
    Hamımız istərdik ki,  daha tez əldə edək və ərazi bütövlüyümüzü bərpa edək. Ancaq tarixi-nöqteyi nəzərdən 30 il o qədər də böyük dövr deyil. Həmin müddət ərzində ərazi bütövlüyümüzü qorumaq, suverenliymizi bərpa etmək üçün müxtəlif danışıqlar aparılmış,təkliflər irəli sürülmüşdür.
   Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və haqqımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz haqlı idik və heç kim bizi bu haqqımızdan məhrum edə bilməz. Biz müstəqil ölkəyik və müstəqillik ideyalarımızı rəhbər tutmaqda haqlı idik. Bizim gücümüz cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı biz heç vaxt  müharibəni uda bilməzdik. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən. Ölümə gedirdilər, siz yaxşı bilirsiniz.Bütün əldə edilən uğurlar düşünülmüş uğurlu siyasətin  və xalqın birliyinin, inamının nəticəsidir.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ruhanə Yaqubova

Tarix: 12-01-2024, 14:29 Oxunub: 94


Bölməyə aid digər xəbərlər