20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Səttar Möhbalıyev: “Fransa destruktiv addımları ilə regionunda gərginlik yaratmağa cəhdlər edir”

“Fransa Senatı yanvarın 17-də hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı gülünc qətnamə qəbul edib. Bu mənasız sənədin erməni lobbisinin təhriki ilə atıldığı heç kimdə şübhə doğurmur. Həmçinin sübut edir ki, Fransa hökuməti və parlamenti orada yaşayan ermənilərin əlində bir oyuncağa çevrilib. İstədikləri qərarı qəbul etdirir, istədikləri yanlış yola yönəldirlər. Təbii ki, bu da səbəbsiz deyil, çünki bu qətnaməni hazırlayanlar, qəbul olunmasına səs verənlər erməni lobbisindən, sözün əsl mənasında, qidalanırlar. Odur ki, proseslərə erməni lobbisinin gözü ilə baxır, onlar kimi düşünür və qiymət verirlər. Sözsüz ki, bu qətnamə könül bulandırsa da, onun Azərbaycana heç bir təsir gücü ola bilməz və hüquqi məzmun daşımır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qətnamənin qəbul olunması üçün ortaya atılan arqumentlər də tamamilə yalan və böhtandır: “Qarabağın erməni sakinlərinin bölgəni könüllü, Azərbaycan tərəfinin heç bir təsiri olmadan tərk etdiyi beynəlxalq təşkilatlar, o cümlədən BMT missiyası tərəfindən təsdiqlənib, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının hesabatında etiraf olunub. Burada insan hüquq və azadlıqlarının pozulmasından da söhbət gedə bilməz. Eləcə də rəsmi Parisi narahat edən məqam onun Azərbaycan tərəfindən Cənubi Qafqazda çirkin siyasətinin iflasa uğradılmasıdır. Çünki 30 il hər cür dəstək verdiyi, havadarlıq etdiyi Ermənistanın işğal siyasəti məhv edildi. Bugünkü çabaların isə heç bir nəticəsi olmayacaq”.
“Mən hesab edirəm ki, ümumiyyətlə, Fransa kimi dövlətlərin insan hüquqlarından, insani dəyərlərdən danışmağa heç bir haqqı çatmır. Buna ən azından onların qara keçmişi, törətdikləri insanlıq əleyhinə cinayətləri imkan vermir. Tarixin vərəqlədikcə ancaq qarşımıza 50-dən çox dövləti işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış bu ölkənin vəhşilikləri, soyqırımıları, müharibə cinayətləri çıxır. Təkcə müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən yüz minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə öldürülüb. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir. Buradan məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki, Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir”, - Səttar Möhbalıyev vurğulayıb.
“O ki qaldı sanksiyalara bu, demək olar ki, kökündən yanlışdır. Qəribəsi odur ki, senatorlar hələ də Azərbaycanın regionda real güc sahibi olduğunu anlamırlar. Görmürlər ki, Azərbaycandan icazə almadan regiona girmək olmaz, çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ bilməz. Azərbaycan eləcə də dünya üçün, o cümlədən də Avropa üçün ən vacib ölkələr sırasındadır. Fransa əgər Şərqdən Qərbə, Şimaldan Cənuba hərəkət edəcəksə, yolu mütləq Azərbaycandan keçəcək. Odur ki, sanksiya ilə əslində özünün regiondakı maraqlarına zərbə vurmuş olacaq. Bir də ki, belə ucuz oyunlarla Azərbaycanı heç kim ədalətə söykənən yolundan döndərə bilməz, haqq işinə kölgə salmağa gücü çatmaz. Bir sözlə, Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi, bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil”, - AHİK sədri əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-01-2024, 13:46 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
18-01-2024, 10:14
Fransa Senatının qətnaməsi ilə bağlı BƏYANAT
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
29-11-2023, 15:07
Ankarada TDHİT-nin Qurultayı keçirilib -Fotolar
22-09-2023, 11:55
Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb, AHİK sədri Səttar Möhbalıyev vitse-prezident seçilib -Fotolar
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-11-2022, 11:00
Eltun Süleymanov: ERMƏNİ SEVGİSİ FRANSANI GÜLÜNC VƏZİYYƏTƏ SALIB
16-11-2022, 15:33
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU