09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Səttar Möhbalıyev: “Zəfər seçkisi Naxçıvanın 100 illik yubileyinə mühüm töhfədir”

“Ölkəmizdə reallaşan bütün prezident seçkilərində aktiv rol oynayan Naxçıvan Muxtar Respublikası da bütöv Azərbaycanda keçirilən Zəfər seçkilərində bir daha öz nümunəsini ortaya qoydu. Bütün bunları həm seçkilərə hazırlıq prosesində, həm də səsvermə günü Naxçıvanda şahidlik etdiyim reallıqlara əsasən söyləyirəm. Hələ seçkilərdən öncə seçicilərimlə görüşərkən onlar birmənalı şəkildə seçkilərdə iştirak edəcəklərini və ən layiqli namizədə səs verəcəklərini bəyan edirdilər. Fevralın 7-də bu, bir daha təsdiqini tapdı. Milli Məclisdə təmsilçisi olduğum Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınmışdı. Səsverməyə start verildiyi andan muxtar respublika sakinləri seçkilərdə fəal iştirak etməyə başladılar. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülmüşdü. 35 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkün oldu. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermə hüququmdan istifadə edərkən şahidi olduğum mənzərə isə qürur hissi yaşatdı. Həm məntəqədə təşkil olunmuş qeydiyyat prosesi, həm seçici fəallığı mükəmməl idi”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
Onun sözlərinə görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz təşkil edib: “Səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın şəhər və kəndlərində sakinlər küçələrə axışıb, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımızı dalğalandırmaqla və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd etməyə başladılar. Bu, Naxçıvan əhalisinin cənab İlham Əliyevə olan sevgisinin, inamının, böyük etimadının real mənzərəsi idi. Ümumiyyətlə, Naxçıvan sakinləri hər zaman seçkilərdə yüksək fəallıqları ilə fərqləniblər və fevralın 7-də bu, bir daha təsdiqini tapdı. Naxçıvanlılar hər zamankı kimi, bu seçkilərdə də aktiv iştirak edərək Azərbaycanın işıqlı sabahına səs verdilər”.
AHİK sədri vurğulayıb ki, bu seçkilərin həm də Naxçıvan üçün xüsusi özəlliyi oldu: “Çünki bütöv Azərbaycanda keçirilən 2024-cü il 7 fevral tarixli ilk prezident seçkiləri muxtar respublikanın 100 illik yubileyinə təsadüf etdi. Məhz bu gün - fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvan diyarı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi ilə bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar”.
Səttar Möhbalıyev qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir: “Cənab İlham Əliyevin ötən il iyulun 5-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi hesab olunur. Dövlət başçısının sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern tərəqqisi geniş vüsət almağa başlayıb. Səlahiyyətli nümayəndənin icrasını reallaşdırdığı tapşırıqların mənzərəsi Naxçıvanın yeni hədəflərə doğru düzgün yolda olduğunu təsdiqləyir. Bir sözlə, Naxçıvan əhalisi Zəfər seçkisində cənab İlham Əliyevə etimad mandatı verməklə həm də daha möhtəşəm gələcəyə səs vermiş oldu. Xalqdan etimad mandatı alan Prezident İlham Əliyev isə yeni milli ideya ilə yeni dövrə başlayacaq. Bu ideya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün artırılmasına, xalqımızın milli birliyinin daha da möhkəmlənməsinə və xarici düşmənlərimizə qarşı daha mətinləşməsinə səbəb olacaq”.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-02-2024, 10:27 Oxunub: 80
Bölməyə aid digər xəbərlər
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
8-02-2024, 09:39
Prezident seçkilərində seçici fəallığı açıqlanıb - YEKUN RƏQƏMLƏR
24-01-2024, 12:01
Prezident seçkisi prosesində mobil səsvermə qutuları təşkil olunacaq
8-01-2024, 09:36
Səttar Möhbalıyev: “Tezliklə Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında böyük yeniliklər olacaq”
22-12-2023, 15:21
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
27-11-2023, 11:30
Bu rayon 31 ildən sonra yenidən bərpa olunur
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
31-08-2022, 11:36
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi milli dirçəliş prosesinin özülü oldu
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO