12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir


                            
    

Yeni əsrdə Azərbaycanın yeni lideri olan cənab İlham Əliyev Prezident seçiləndə 42 yaşı vardı. İyirmi il əvvəl 2003-cü ildə xalqımız düzgün seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.
Ulu Öndərin ideyalarının işığında Azərbaycan 20 ildə əsrə bərabər yol keçmişdir. Ölkəmiz inkişaf edərək qüdrətli dövlətə çevrilmişdir. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. 
Azərbaycan Prezidenti İlham Əliyev son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə böyük inam və əminlik yaradır.                      
Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın  9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Seçdikləri lider isə hər zaman xalqı, vətəni üçün çalışıb. Azərbaycanı bu illər ərzində zəfərdən zəfərə, zirvədən zirvəyə aparıb. Uğurumuz istər siyasi meydanda, istərsə də hərb meydanında davamlı olub.Və nəhayət ”Zəfər seçkisi” 7 fevral 2024 cü ildə keçirildi. Zəfər seçkisi Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda keçirildi. Xalq bir daha öz liderini seçdi. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Və ötən illərə nəzər salsaq görərik ki biz xalq olaraq heçdə seçimimizdə yanılmamışıq.Qalib xalq olaraq qalib liderimizi dəstəkləyir və ərazi bütövlüyümüzün tam təmin ounmasını arzulayırıq!
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İnformatika müəllimi Mülkanə Alnağızadə 


Tarix: 16-02-2024, 15:05 Oxunub: 35


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram