2017-ci ilin 30 oktyabrında artıq rəsmən istifadəyə verilən BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir





         Yaşadığımız illər bizi tarixi hadisələrin şahidinə çevirir. Respublikamızın dinamik iqtisadi inkişaf tempinin qlobal əhəmiyyətli infrastruktur layihələrin reallaşmasını mümkünləşdirdiyi  danılmaz bir fakt kimi təzahür edir.        Hələ 2016-cı ildə cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü əsasında ərsəyə gələn “Azər¬baycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə – ölkənin tranzit im¬kanlarının artırılmasına hədəflənən mühüm sənəddə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azər¬baycanın 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamət¬ləri öz ifadəsini tapıb.         Bu xüsusda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun çəkilişinin başa çatdırılması mühüm əhəmiyyət kəsb edir.Bu yolun tarixi isə polad magistralların çəkilməsi baxımından xeyli əvvəlki dövrə təsadüf edir.Belə ki,Bakını Tiflislə birləşdirən rels xətti 1883-cü ildə istifadəyə verilmişdi.O zaman Cənubi Qafqazın ən böyük magidtral kəməri çar hökumətinin xüsusi nəzarətində idi.1899-cu ildə Tiflisdən Marabdaya(Gürcüstanın kəndi),Gümrüyə və Qarsa qədər olan yolun (Qars-Gümrü-Tiflis dəmir yolu) tikintisi başa çatdırılsa da,Ermənistanın separatçı mövqeyi səbəbindən Türkiyə Cümhuriyyəti bu ölkə ilə sərhədlərini bağlamış,beləliklə də Qars-Gümrü-Tbilisi dəmir yolu istifadəsiz qalmışdı.         Beləliklə gediş-gəlişin kəsildiyi bu yola alternativ olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi gündəmə gəlmişdir.Keçirilən intensiv hökumətlərarası görüşlər öz bəhrəsini vermiş,nəhayətdə 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində bu polad nəhənginin təməli qoyulmuşdur.         Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Bakı-Tbilisi-Qars dəmir yolunun əvəzinə Qars-Gümrü-Tbilisi yolunun açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ düyünü  səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.          2017-ci ilin 30 oktyabrında artıq rəsmən istifadəyə verilən BTQ  Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınması¬na sərf edilən vaxtı 2 dəfədən çox qı¬saltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin–Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarla¬rına çıxışını asanlaşdırır.Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonra¬kı mərhələdə 17 milyon ton, bundan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
BTQ magistralı boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, əməkdaşlıq dərinləşir. Beləliklə, sözügedən marşrut sabitliyə və təh¬lükəsizliyə xidmət göstərir, ən başlıcası isə Azərbaycanın geosiyasi əhəmiyyə¬tini artırır və respublikamızın inkişafı üçün əlavə imkanlar yaradır. Bu fik¬ri statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2017–2022-ci illərdə BTQ də¬mir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə 2022-ci ildə isə 432 min 284 ton yük daşınıb.
        Cari ilin 16 mart tarixində Cənab Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzinenin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda BTQ mühüm logisrik layihə kimi dəyərləndirilir:” Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.     
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin 
tarix müəllimi Elxan  İsmayılov


Tarix: 19-03-2024, 09:41 Oxunub: 45


Bölməyə aid digər xəbərlər