20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”

“Bilavasitə Prezidentimiz cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın daxili və xarici siyasət prioritetləri ölkəmizi dünya miqyasında güclü dövlətlər sırasına yüksəldib və özünəməxsus inkişaf modelləri ilə tanıdıb. Xüsusilə ötən illərin müsbət təcrübəsi və uğurlu göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələri böyük ustalıqla icra edib və öz hədəflərinə çatıb. Ən əsası isə Azərbaycan heç kimdən həm siyasi, həm də iqtisadi baxımdan asılı olmayan, tamamilə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş statusunu qazanan ölkə kimi dünya xəritəsində öz yerini tutub. Təbii ki, dövlətin qüdrəti həm də onun güclü iqtisadiyyatı ilə ölçülür. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan iqtisadiyyatı xüsusilə son 20 ildə elə davamlı inkişaf yolu tutub ki, dünyada baş verən gözlənilən və gözlənilməyən bütün böhranlara layiqincə sinə gərib. Buna yalnız pandemiya dövründə dünyada yaşananları misal göstərmək, məncə, kifayətdir ki, hər şey aydın olsun. Eləcə də biz ağır müharibədən keçdik, işğalda olan torpaqlarımızı azad etdik. Sözsüz ki, güclü iqtisadiyyat bütün qələbələrin rəhnidir. Həmçinin bu gün Azərbaycan böyük bir ərazidə yeni şəhərlər, kəndlər salır, tarixdə misli görünməmiş abadlıq quruculuq işləri aparır. Ən önəmlisi isə dövlətimiz bunu heç bir kənar dəstək almadan, ancaq özünün daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərən faktorların bir qismidir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkəmizin effektli sosial-iqtisadi inkişaf strategiyası imkan verib ki, regionlarımızın hərtərəfli tərəqqisi təmin olunsun: “Əminliklə demək olar ki, regionlarla bağlı qəbul edilmiş dövlətimizin proqramları, eləcə də sosial-iqtisadi inkişafla bağlı verilmiş fərmanlar, imzalanmış sərəncamlar, icra olunmuş layihələr yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, vətəndaşlarımızın məşğulluğunun artırılmasına, güzəranının yüksəldilməsinə gətirib çıxarmışdır. Heç də təsadüfü deyil ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə qədər enib və bu da son dərəcə yüksək nailiyyətdir. Eyni zamanda kənd yerlərinin inkişaf potensialı xeyli güclənib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin məhsuldarlığı yüksəlib, kiçik fermer təsərrüfatları böyüyərək iri fermer təsərrüfatlarına çevrilməkdədir. Habelə bölgələrdə dayanıqlı inkişaf edən iqtisadiyyat daha da şaxələnib, rəqabətqabiliyyətliliyi artıb, regionlarımızın turizm imkanları genişlənib. Ümumilikdə regionların davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin olunub”.
“Bildiyimiz kimi, bu gün dünya qlobal iqlim dəyişmələri səbəbindən kəskin su çatışmazlığı kimi böyük bir sınaqla üz-üzə qalıb. Hazırda dövlətimiz bu qlobal problemlə də fəal mübarizə aparır, su qıtlığının aradan qaldırılması, ona olan tələbatın tam ödənilməsi istiqamətində mühüm işlər görür. Belə ki, su kanallarının suvarma keyfiyyəti yüksəldilir, su anbarlarının istismar şəraiti yaxşılaşdırılır, mütərəqqi suvarma üsulları tətbiq edilir və s. Görülən işlərin davamı olaraq, dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı və ötən gün - aprelin 16-da kanalın təməlini qoydu. Bu, mühüm bir layihədir, ölkəmizdə su təminatının yaxşılaşmasına, su itkilərin aradan qaldırılmasına böyük dəstək olacaq. Eləcə də kanalın potensialı imkan verəcək ki, əlavə olaraq əkinə yararlı daha 116 min hektar torpaq əkilib becərilsin. Bu da ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə deməkdir”, - Milli Məclisin deputatı bildirib.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-04-2024, 10:27 Oxunub: 111
Bölməyə aid digər xəbərlər
22-12-2023, 15:21
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU