12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AZƏRBAYCAN ALMANİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

AZƏRBAYCAN ALMANİYA ƏLAQƏLƏRİ İNKİŞAF  EDİR




      Azərbaycanın balanslaşdırılmış xarici siyasəti uğurla davam edir. Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra mühüm məqamlarla yadda  qaldı. Belə ki, Dövlət  başçısı  burada  bir  sıra  görüşlər keçirərək, müzakirələr apardı. Ekspertlər hesab edir ki, son illər Azərbaycan Almaniya arasında əlaqələr sürətlə inkişaf  edir. Fransadan  fərqli olaraq rəsmi Berlin, Cənubi Qafqazda  baş verən proseslərə daha obyektiv, daha ədalətli prizmadan baxır.Almaniya rəsmiləri Azərbaycanın narazılığına səbəb olacaq məsələləri  nəzərə alaraq, ittihamedici mövqedən çıxış etmirlər. Almaniya Avropanın ən güclü iqtisadiyyatına sahib ökədir.Qafqazda yaranmış reallığı bəzi ölkələrdən daha yaxşı başa düşür və qəbul edir. Heç təsadüfi deyil ki, Azərbaycan  Almaniya əlaqələrinin yüksək səviyyədə olmasında, dövlət başçısının bu  ölkəyə çoxsaylı səfərləri  də xüsusi rol oynayıb.
       Cənubi Qafqazda sülh proseslərinə töhfə vermək Almaniyanın əsas prioritetlərindən biridir. Belə ki, Almaniya indiyə kimi bir neçə dəfə Azərbaycan Ermənistan liderlərinin görüşünü təşkil edib. Həm də xarici işlər nazirləri Almaniyada  görüşüblər. Bu da Almaniyanın sülh prosesində  daha çox  maraqlı olduğunu göstərir. Düzdü, əvvəlki   dövlə müqayisədə  Almanyanın xarici  siyasətində  bir  aktivlik müşahidə  edilir. Bununda  əsas  səbəblərindən biri Fransanın bu sahədə  ümidləri doğrultmamasıdır. Fransa artıq Afrikadan qovulub, bu ölkə Cənubi Qafqazda  istənmir. Makron və onun komandasının mənfur planları beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. Vəziyyət belə olanda daha obyektiv mövqe nümayiş etdirən bir Avropa ölkəsinə  ehtiyac  olduğunu rəsmi Berlində də başa düşürlər.Avropada Makronun buraxdığı səhvlər təkrarlana bilməzdi.       Onu da qeyd eləmək lazımdır ki, Azərbaycan artıq  qalib ölkədir. BMT  qətnamələrini icra edən ölkə, digər  dövlətlərin  onunla diktə dili ilə danışmasına razı ola bilməz. Artıq nəzərəçarpacaq irəliləyişlər də müşahidə edilir. Belə ki, Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlayıb.1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazaxın 4 kəndi bizə qaytarılır. Rusiyaya məxsus sülhməramlı qüvvələrin  Qarabağdan vaxtından əvvəl çıxmasından sonra  Azərbaycanda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırıb.       Almaniya səfəri  zamanı bəzi media qurumlarının səsləndirdiyi suallara da elə yerindəcə  cavab verildi. Bildirildi ki, hər bir ölkə özü  qəbul etdiyi qanunları qorumalıdır.Vurğulandı ki, Azərbaycanda mətbuat azadlığı  təmin edilib, jurnalistlər öz fəliyyətlərini azad şəkildə  davam etdirə bilirlər. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil.Hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir.         Qarabağda aparılan tikinti-quruculuq işləri ilə bağlı da səsləndirilən fikirlərin də əsassız  olduğu ifadə edildi. Belə ki, burada icra edilən layihələr tam qanuna uyğun formada  həyata keçirilir. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar vəsait ayrılıb. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb.Proses  bu gündə davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.       Azərbaycan  artıq bir neçə ildir ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oyanıyır. Gündəlikdə duran əsas  məsələlərdən biri də yaşıl enerjiyə keçid və bunun Avropaya ixracı məsələsidir. COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bu sahəyə xüsusi önəm verir. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası hazır olacaq. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.  Bir  sözlə  Almaniyaya işgüzar səfər  zamanı əlaqələrə yenidən nəzər salındı, bundan sonra əlaqələri hansı sahədə gücləndirmək olar bununla bağlı fikir mübadiləsi aparıldı.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə İbrahimova 



Tarix: 29-04-2024, 14:57 Oxunub: 80


Bölməyə aid digər xəbərlər