14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
10:43 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
10:14 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
10:07 / 22-11-2024
Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
09:05 / 22-11-2024
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
09:00 / 22-11-2024
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir
08:53 / 22-11-2024
Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
08:49 / 22-11-2024
Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Qazaxda icra başçısı vətəndaşların müraciətləri ilə yerində tanış olub
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir ki, bu, bütün sahələrdə hiss olunur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
Mayın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və digər aidiyyəti şəxslərlə birlikdə Qazax şəhəri Nəriman Nərimanov küçəsində yaşayan bir qrup sakinin rəsmi müraciəti ilə əlaqədar yerində baxış keçirib. Vətəndaşların müraciətlərini dinləyərək həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıq verib.
Vətəndaşlar onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov - Şuşadan dünyaya verilən mesaj Azərbaycanın iradəsinin ifadəsidir Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə bir çox məqamlara diqqət yetirdi. Həm ermənilərin xaricdəki havadarlarına, həm də daxildəki revanşistlərə mesajlar verdi. Radikallar baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan imtina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bunun, növbəti müharibəyə səbəb olacağını və bu dəfə ermənilərin itkilərin daha böyük olacağı anonsunu vermiş oldu. Prezident çıxışında 2003-cü ildən başlayaraq bütün keçmiş məcburi köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Bunun üçün iqtisadiyyatın gücləndirilməsi, güclü ordu potensialının yaradılması, işğal altında olan torpaqların canı-qanı bahasına azad edəcək gənc nəslin yetişdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. “Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq”. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Şuşalılarla görüşdə ölkə başçısı burada aparılan genişmiqyaslı işlərdən də bəhs edərək, buradakı quruculuq prosesinin miqyasına toxunmaqla “Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir” deyə fikirini tamamlayıb. Bu gün Şuşanın dirçəldilməsi geniş vüsət alıb, buradakı quruculuq işləri ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Qeyd etmək lazımdır ki, Şuşa müasir şəhərsalma qaydalarına uyğun qurulmaqla yanaşı buranın yol infrastruktunun qurulmasına xüsusi diqqət göstərilir. Bərpa-quruculuq işlərinə dünyanın aparıcı şirkətləri cəlb edilib. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələlərinin həlli üçün treninqlər keçirilir, dogma torpaqlarına qayıdacaq insanların işlə təmin olunması məsələlərinə xüsusi diqqət göstərilir. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu işğal olunmuş torpaqların, o cümlədən Şuşanın azad olunması idi. Məhz Ulu Öndərin doğum günündə şuşalılarının öz dogma torpaqlarına qayıtması rəmzi məna daşıyırdı. Prezident Şuşa sakinləri ilə görüşdə deyir: “Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır”. İşğaldan azad olunmuş bütün ərazilərdə mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-05-2024, 12:15 Oxunub: 38
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
10-04-2023, 10:22
“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edildi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
25-07-2022, 13:21
Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
18-02-2022, 11:29
Prezident yeni icra başçılarını qəbul etdi
14-09-2021, 14:27
Prezident yeni icra başçılarını qəbul etdi
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU