16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Aqiyə Naxçıvanlı: “Türk birliyinin dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsi həyati əhəmiyyət kəsb edən məsələdir”

“Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biridir. Düz bir ay əvvəl, iyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilmiş 13-cü plenar iclasında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğulayaraq bir aydan sonra Şuşada Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini anonslamışdı. Bu gün, iyul ayının 6-da Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti və Türk Dövlətləri Təşkilatının Baş katibi Şuşa Sammitində iştirak etmək üçün bu qədim Azərbaycan şəhərində yenidən bir araya gəliblər. Zirvə görüşündə müzakirə olunacaq əsas mövzular transmilli nəqliyyat layihələri və iqlim dəyişikliyi problemləri ilə bağlıdır. Aydındır ki, hər iki məsələ bütün Türk dünyası üçün kifayət qədər böyük önəm daşıyır. Təsadüfi deyil ki, Sammitdə çıxış edən dövlətimizin başçısı Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərini bütün Türk dünyasının böyük sərvəti kimi dəyərləndirmişdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə göstəriən səylərin artırılmasının vacibliyi barədə səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi məqsədinə xidmət edir: “Öz çıxışında dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Bu fikrini əsaslandıran dövlət başçımız Türk dünyasının böyük coğrafi məkanı əhatə etdiyini, türkdilli ölkələrdə müsbət demoqrafik dinamikanın müşahidə olunduğunu, bu ölkələrin hərbi potensiallarının döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, ölkələrimizin zəngin təbii resursları, onların nəqli üçün mövcud olan müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, xalqlarımızın zəngin və qədim tarixi, ortaq mədəniyyətimiz Türk dünyasının böyük sərvəti, tükənməz potensialının göstəricisidir. Cənab Prezident İlham Əliyev öz çıxışında belə bir vacib məqamı da qeyd etdi ki, Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı olan Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən iki qardaş ölkənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci ildə bu şəhərdə imzalanmasından sonra, bu gün Qarabağ Bəyannaməsinin də məhz Şuşada imzalanması mühüm siyasi əhəmiyyət kəsb edir və bu, bütün dünyaya ünvanlanmış ciddi mesajdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-07-2024, 11:38 Oxunub: 82
Bölməyə aid digər xəbərlər
10-06-2024, 10:05
Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib
8-06-2024, 11:43
Aqiyə Naxçıvanlı: “Türk dünyası öz gücünü artırır”
12-03-2024, 11:08
Aqiyə Naxçıvanlı: “Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələri vacib göstəricidir”
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
10-11-2023, 13:41
Aqiyə Naxçıvanlı: “ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər”
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək