12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vəkil Ceyhun Yusifov ifşa edildi - Həyat yoldaşının onun barəsində ŞOK şikayət ərizəsi üzə cixdi - FOTO



Bir neçə gün bundan öncə Kütləvi İnformasıya Vasitələrində tanınmış vəkil, vəkillər kolleqiyasının üzvü Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlayaraq ağır xəsarətlər yetirməsi barədə məlumat yayılmışdı, lakin vəkil bir neçə xəbər saytına zəng edərək yazını silinməsini, yayılan informasıyanın həqiqətə uyğun olmadığını bildirmişdi.

Avropa.info xəbər verir ki, Ceyhun Yusifov istədiyinə nail ola bilməyəndə jurnalistləri məhkəməyə, hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə təhdid etmişdi amma araşdırmamız zamanı hadisənin baş verməsi barədə bəzi həqiqətlər üzə çıxıb. Avropa.info olaraq baş verən hadisə barədə Ceyhun Yusifovun həyat yoldaşının hüquq mühafizə orqanına onun barəsində yazdıqı ilk şikayət ərizəsini sizlərə olduğu kimi təqdim edirik:

"Yazıb bildirirəm ki, həyat yoldaşım Yusifov Ceyhun 06 avqust 2020-ci il tarixdə ona məxsus “Mersedes-Benz” markalı avtomobildə Xətai rayonu ərazisində istiqamətdə olarkən mübahisə zəminində qarnımın sağ nahiyəsindən iki dəfə bıçaq zərbəsi vurdu.

Həmin zərbə nəticəsində bıçaq daxilə nüfuz etmişdir. Mənə əlavə bir neçə dəfə bıçaqla zərbə vurmaq istəsə də, onun əlindən qaçıb, taksiyə əyləşib hadisə yerindən uzaqlaşdım. Ceyhun Yusifovun əlindən qurtula bilməsəydim, o məni öldürəcəkdi. Dəfələrlə əvvəllər məni öldürməklə hədələmişdir.

Xəstəxanaya düşən zaman və əməliyyat olunanda bu barədə həkimlərə məlumat vermişdim. Ceyhun Yusifovun məni bıçaqla ağır xəsarət yetirməsinə dair 07 avqust 2020-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Tofiq Namazov tərəfindən cinayət işi başlansa da, hansısa qüvvələr Ceyhunun azadlıqda qalmasına köməklik edir.

Hazıradək Ceyhunun tutulması istiqamətində və araşdırma aparılmır, eşitdiyimə görə  cinayət işinin icraatını dayandırıblar.

Əvvəlki izahatlarımda Ceyhun uşaqlarımızı əlimdən almaqla qorxudaraq yalandan müstəntiqə izahat verdim ki, özüm özümə xəsarət yetirmişəm. Reallıqda o məni öldürmək istəyib.

Bu həqiqəti yazmağıma səbəb məni yenidən öldürəcəyi və ölkədən qaçacağı ilə hədələməsidir. 
Əlavə olaraq bildirmək istəyirəm ki, şahid ifadələri təsdiqini tapır.

Xahiş edirəm, Ceyhun Yusifovu cinayət işinə cəlb edərək onun barəsində tədbir görəsiniz".




Tarix: 17-07-2024, 11:52 Oxunub: 44


Bölməyə aid digər xəbərlər