16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
HACI, YOXSA DİNİ TİTUL? İCTIMAILİDER.AZ JURNALİSTƏ QARŞI HAQSIZLIĞI PİSLƏYİR
Yazıma ilk öncə Ümummilli lider Heydər Əliyev cənablarının sözü ilə başlamaq istəyirəm:
“Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam...”
Bu sözün məğzində jurnalistə qayğı və etibar dayanır.Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə...Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilindəolan səlahiyyətli şəxslərə çatdırır.Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.“Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər” – bu sözlər ulu öndər Heydər Əliyevin mətbuata, onun azad inkişafına verdiyi diqqətlə yanaşı, həm də bu böyük dövlət xadiminin jurnalistlərə böyük inamını ifadə edir.
Azərbaycanın ümummilli lideri, böyük dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu dahi Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətləri, müstəqilliyimiz uğrunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, xalqımızın rifahı üçün atdığı bütün addımlarla yanaşı, o həm də yaddaşımızda jurnalistlərin dostu, ölkəyə rəhbərlik etdiyi dövrdə mətbuatımızın ən böyük himayədarı kimi qalıb.Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir.Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasətçi müstəqil dövlətimizdə, sözün həqiqi mənasında, azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr vermiş, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşmışdır. Ulu öndər hər zaman KİV-lərin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Heydər Əliyev həm ölkə daxilində, həm də xaricə səfərləri zamanı onu müşaiyət edən mətbuat nümayəndələrinə xüsusi diqqət ayırmış, jurnalistlərin suallarını təmkinlə və səmimi şəkildə cavablandırmış, onların fəaliyyəti ilə yaxından maraqlanmışdır. Məhz bu xüsusiyyətlər dahi lideri ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirmişdir.Ümumilli liderin jurnalistlərlə müsahibələri zamanı onlara qeyri-rəsmi münasibət göstərməsi mətbuat işçilərində öz peşələrinə sevgi, hörmət hisslərini artırmaqla yanaşı, onları həm də daha cəsarətli olmağa çağırırdı.Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi. Ulu öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirir, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səsləyirdi.Ümumilikdə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə mətbuatımızın inkişafı üçün əvəzsiz xidmətlər göstərmişdir. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar ulu öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur.Bu gün sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə səbəb olub.Bəli, biz jurnalistlər də öz növbəmizdə bu qayğıya, etibara söykənir, hər zaman haqqın və haqlı olanın yanında olmağa çalışırıq.Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir: _ Dəqiq və qərəzsiz...
Bakıda kişini intim videoya çəkib şantaj edən dörd nəfər tutuldu!-başlıqlı yazı bir neçə gün öncə sayılıb-seçilən şəbəkədən bir çoxlarımıza məlumdur. O da məlumdur ki, adının şərti hallanmasını istəyən X.Qulamov adlı vətəndaş Xəzər Rayon Polis İdarəsinə müraciət edərək, tanımadığı şəxslər tərəfindən hədələndiyini qeyd edib. Bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə yaşayan zaman xəbəri olmadan videoları lentə alınıb. Və şikayətçinin qeyd etdiyinə görə sonra bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini, görüntülərin yayımlanmaması müqabilində üç min manat (3000 AZN) pul verdiyini bildirib.Keçirilən əməliyyat və axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 1984-cü il təvəllüdlü Fəyyaz Səlimov, 1986-cı il təvəllüdlü Əli Məmmədov və dəstənin daha iki qadın üzvü saxlanılıb.Yəqin deyəcəksiniz ki, bunu tam təfsilatı ilə xatırlatmaqda məqsədin nədir?
Buyurun dinləyin:Açığı bu xəbər məndə nifrət və şübhə hissi doğurdu. Bu məlumat dərc olunan şəbəkə əslində ən çox izlədiyim və inandığım saytlardan birincisidir.Ancaq nədənsə bu xəbərə ilk andan şübhə ilə yanaşdım. Burada vicdanla hərəkət etmək daha doğru olardı. Mən də vicdanıma sığınaraq qələmə almağı əsas şərt bildim. Əvvəla, şəkildəki o şəxsləri gördükdə bildim ki, söhbət hansı saytdan gedir. Şəkildə gördüyümüz şəxslərdən biri Fəyyaz Səlimov sürücü, digəri Əli Məmmədov isə operatordu. O operator ki, bütün şəhid, qazi ailələrinin çəkilişlərini heç bir təmənnasız aparır. Və o sürücü ki,hər zaman kasıbların, haqlıların yanında olub və harda olursa olsun, hadisə yerinə özünü vaxtında çatdırması ilə tanınıb.
Keçək əsas məsələyə:Bu xəbərdə məndə daha şox əsəb hisi yaradan isə “Qafqazinfo”-nun əldə etdiyi məlumatda .antaj olunduğunu qeyd edən, ancaq əsil adının arxasında gizlənib, adını şərti qeyd etdirən, daha məntiqli desəm,vicdanını deyil, “həci” titulunu itirməkdən qorxan, Uca Allaha deyil, çirkin əməllərinə, varına sığınan həmin o “həci”nin həmkarlarımızı günahlandırması, onların peşə ləyaqətini ləkələmək arzusu ilə üç min manat (3000 AZN) verməsidir.Mən dəstənin qadın üzvü qismində adı çəkilən xanımla, daha dəqiq desəm qrupun deyil, Xeberim.info saytının rəhbəri Dilşad xanım Əhmədova ilə telefon əlaqəsi saxlayıb, bu məsələ ilə bağlı, qeyd olunanların nə dərəcədə doğru olub olmaması ilə bağlı görüşmək istədiyimi bildirdim.Dilşad xanım mənimlə görüşərək bütün olanları danışdı. Mən danışdıqlarından belə qənaətə gəldim ki, bir evin içində ana və onun iki azyaşlı balasını aldadaraq ayrı-ayrı vaxtlardaintim münasibətdə olan həmin “həci” Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına öz əməlinə uyğun məlumat verib.Mənə, daha pis təsir bağışlayan isə hər zaman izlədiyim saytda bu yazılanların “həci”nin qeyd etdiyi kimi dərc olunmasıdır.
Bakıda kişini intim videoya çəkib şantaj edən dörd nəfər tutuldu!-başlığı altında dərc olunan məqalənin adından da məlum olur ki, bu, heç bir həqiqətləri əks etdirmir və əslində bu yazı “həci”nin arzusuna uyğun yazılıb. Əgər bu yazılanlar doğru məlumat olsaydı, özünü şantaj qurbanı kimi qələmə verən “həci” Xeybər Quliyev öz adını gizlədərək, adının X.Qulamov, yəni şərti hallanmasını istəməzdi.Mən, mənasız, cəfəngiyyat, yalan, şər-böhtan xarakteri daşıyan bu məlumata bişmiş toyuğun gülməyi gəlir, deyə bilərəm özlüyümdə...Xeberim.info saytının rəhbəri Baku.es-in rəsmi xəbər adlandırdığı, “Qafqazinfo”nun yayımladığı xəbərdə dəstənin qadın üzvü kimi göstərilən həmkarımızla görüşüb, onun danışdıqlarını qələmə almadan öncə yuxarıda adlarını çəkdiyim hər iki mənbənin verdiyi məlumatla bağlı müstəqil yazar kimi öz fikrimi bildirir, məni maraqlandıran bir sualla müraciət etmək istəyirəm:Adını “həci”qoyan, yaşına-başına hörmət qoymayıb, bir ailənin üç üzvü (ana və iki qız övladı) ilə ayrı-ayrı vaxtlarda intim münasibətdə olan, övladı yaşında qadından övladı olan, vicdanını deyil, titulunu qoruyub, adını belə gizlədilməsini tələb edən bir insanın dediklərinə əsasən həmkarlarımızı təqsirləndirərək yalan məlumat verən şəxsin məntiqə sığmayan müraciətini qələmə alıb, həmkarımızın peşə fəaliyyətinə xələl gətirmək axı biz jurnalistlərə nə qazandıra bilər? Nə üçün, öz iyrənc əməllərinə don geyindirən “həci”nin təqsirləndirdiyi şəxsləri jurnalist kimi deyil,dəstənin qadın üzvü kimi qələmə almısız? Axı siz öz qələminizdən çıxan yazını diqqətlə nəzərdən keçirsəniz tam aydın görərsiniz ki, hüquq mühafizə orqanlarına yalan məlumat verən (yalan məlumat olduğu çəkiliş zamanı çəkilən görüntülərdən açıq-aşkar görmək mümkündür) “həci”nin dedikləri heç bir həqiqəti əks etdirmir. Və onu da demək istəyirəm ki, həmin an orda üçüncü bir şəxsin olması mümkünsüzdür və əgər həmin an lentə alınıbsa, bunu öz partnyoru edə bilər. Belə olduğu halda nə üçün həmkarımızı günahlandıraraq onun ana, qadın adını ləkələməyə çalışır?Və əgər o öz yaşından, daşıdığı “həci” adından utanmayıb, qızı yaşında qadından övlad dünyaya gətirdibsə, demək söylənilən və yayılan bütün məlumatlar da onun öz xarakterinə uyğun planlaşdırılıb.Yəqin deyəcəksiniz ki, insan hər yaşda sevib, hər yaşda övlad dünyaya gətirə bilər!!!
Sizinlə bu fikirdə tam razıyam...Sevginin yaşı olmur, bilirəm.Ancaq bu fikir bir ailənin üç üzvü ilə intim əlaqədə olaraq, üç nəfəri aldadan “həci”lər üçün deyilməyib!!!
Bu məsələ ilə bağlı Xeberim.info-nun rəhbəri, adı dəstənin qadın üzvü kimi adlandırılan Dilşad xanımla görüşərkən ona ilk müraciətim belə oldu:Dilşad xanım, kimsənin bədbəxtliyi üzərində necə öz xoşbəxtliyinizi qura bilərsiz? Belə məlumatlar məqamında işıqlandırılmalı, adı şərti, yəni X.Qulamov kimi qeyd olunan “həci” Xeybər Quliyevin istəklərinə uyğun hərəkət etməməli,bir qadın, ana kimi sizi ümid yeri bilib, şikayət üçün üz tutanların hüquqlarını müdafiə məqsədi güdməli idiniz!Açıq etiraf edim ki,5 ilə yaxındır ki, tanıdığım bir insana belə kobud müraciətim özümə də pis təsir etdi.Və Dilşad xanım müraciətimə hörmətlə yanaşaraq çox səbirlə mənə bütün olanları danışdı və sonda bildirdi ki,Şəfa xanım,indi siz deyin görək, mən kimsənin bədbəxtliyi üzərində öz xoşbəxtliyimi qurmağa çalışmışam, yoxsa, bu cür hadisələri işıqlandırararq başqa bir qadınların belə “həci”lərin qurbanlarına çevrilməməsinə?
Son olaraq baş redaktor Dilşad Əhmədova onu da bildirdi ki, hazırda Xəzər Rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edilir. Eyni zamanda şikayətçinin Xeberiminfo-nun redaksiyasının adına təqdim etdiyi şikayət ərizəsini, və video-şikayətin lent yazısını, şikayətçilərin şəxsiyyət vəsiqələrinin surətlərini və s.istintaqa təqdim etdiyini bildirdi. Və təbii ki, mən qanunun aliliyinə,həmkarımın dediklərinin doğruluğuna inanaraq haqq- ədalətin qalib gələcəyinə inanıram.
Mən Dilşad Əhmədova ilə söhbət zamanı belə qənaətə gəldim ki,”həci”nin özünümüdafiə, daha doğrusu özünə haqq qazandırmaq məqsədilə şantaj xarakterli məluma, gah intim münasibət zamanı lentə alınan videolentlərin yayımlanmaması müqabilində üç min manat (3000 AZN) pul verməsi iddiası, eyni zamanda da Xəzər Rayon Polis idarəsinə müraciət edərək tanımadığı şəxslər tərəfindən hədələndiyini bildirməsi, əslində özünün saxtakarlığını üzə çıxarması deməkdir. Axı videolentlərin yayımlanmaması məqsədilə üç min manat (3000 AZN) pul verdiyini iddia edən “həci” eyni zamanda tanımadığı şəxslər tərəfindən hədələndiyini deyə bilər? Deməli,”hacı” nəinki ana və üç balasını, eləcə də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarını da aldadıb.
P.S. Əziz həmkarlar!
Gəlin elə edək ki, hamı bizi sevsin və bizə hörmətlə yanaşsınlar.Ən əsası isə budur ki, reallığı qoruyaq və qorxmadan, çəkinmədən qələmə alaq!
Əziz oxucular!
Növbəti yazımda Xeberiminfo redaksiyasına daxil olan şikayət ərizəsi müqabilində aparılan müsahibəni, video-şikayətin lent yazısını, çəkilişləri,ərizələri, şəkilləri və şikayətçilərin şəxsiyyət vəsiqələrinin surətlərini növbəti yazım vasitəsilə sizə təqdim edəcəyəm.
Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Bizi izləməyə davam edin.
Şəfa Paşayeva
Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2024, 14:00 Oxunub: 60
Bölməyə aid digər xəbərlər
1-03-2024, 13:25
MÜƏLLİM BÖYÜK MEMARDIR, HƏYATIN YARADICISIDIR
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
20-12-2023, 17:08
HƏR BİR YAXŞI ƏMƏL EHSANDIR
31-08-2023, 10:36
Bəzi jurnalistlərin ağlına nə gəldi qələmi ələ alır
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
6-03-2023, 10:00
Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi... - Hacı Şahin haqqında maraqlı faktlar
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
22-04-2022, 12:21
ACSAN GET, OTLA - İcra başçısından qazimizə "Dəstək"
25-01-2022, 09:32
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU