MÜƏLLİM BÖYÜK MEMARDIR, HƏYATIN YARADICISIDIR



Son zamanlar bəzi sosial şəbəkələrdə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyevin qanunsuz yollarla yığdığı "topdağıtmaz" sərvət  başlıqlı iddialar yazılmaqda davam edir …başlıqlı qərəzli və böhtan xarakterli neqativ yazılar dərc edilməkdə davam edir.
Doğrusu mən bir yazar olaraq hər zaman jurnalist həmkarlarımın fikirlərinə hörmətlə yanaşmışam.Hər zaman obyektiv olan,haqqın yanında olan jurnalistləri mən də bir yazar olaraq dəstəkləmişəm.
Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz  yarandı, ardınca inam. Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir.Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.
Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə... 
Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir: 
_ Dəqiq və qərəzsiz.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilində olan səlahiyyətli şəxslərə çatdırır.
Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.     
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.
Lakin təəssüflər olsun ki,son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara da rast gəlirik.Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki,bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil.Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi özümə mənəvi borc bildim.
Doğrusu bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli İctimailider.az oxucuları.
Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq. Axı,nə üçün yaxşıları tanıtdırmayaq?! Mənim fikrimcə, bu dünyanı gözəllik deyil, xeyirxahlıq xilas edə bilər. Bu gün narahat dünyamızın xeyirxah,mərd insanlara ehtiyacı böyükdür. Elə yazımın əsas qəhrəmanı  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev kimi...
Elə insanlar var ki, mənalı ömür yolu, ziyası, xeyirxahlığı və nuru ilə yüzlərlə qəlbi işıqlandıırır.   
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev də belə şəxslərdəndir.    
Şahin Əliyev pedaqogika elminin nümayəndəsi olmaqla yanaşı, həm də gözəl insandır. Bu gəlimli-gedimli, son ucu ölümlü dünyada hər kəs Uca Tanrıdan ona bəxş olunan ömür payını yaşayır. Şərəfli ömür yolu isə tək-tək insanlara nəsib olur. O, böyük dünyagörüşə, hərtərəfli biliyə, dərin zəkaya və geniş ürəyə malik olan, xeyirxahlığı və səmimiyyəti, cəsarəti və sarsılmaz qətiyyəti, insanpərvərliyi ilə özünə əbədiyyət qazanan insanlardan biridir.
Çox fədakar müəllim Şahin Əliyev gözəl insan kimi də başqalarından fərqlənir. Onun üzündə, çöhrəsində bir xeyirxahlıq nuru var. Mən heç düşünmədən deyərdim ki, onun ürəyi də siması kimi xeyirxahlıqla vurur. Onun nurlu çöhrəsinə baxarkən, söhbət edərkən, ünsiyyətdə olarkən heç nə diqqətdən yayınmır. 
 Həqiqətən də müəllim ömrü həmişə ömürlərə nur verir. Tələbələrini doğru yola istiqamətləndirir, vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Şahin Əliyevin qəti sözü, aydın fikri, düz yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı nəinki bütün tələbələrinə, eyni zamanda müəllim adını daşıyan bir çoxlarına örnəkdir. Bəli, Şahin Əliyev əsl pedaqoqdur.  
 Adı şərəfli pedaqoqlarla bir sırada çəkilən Şahin Əliyev haqqında söz demək şərəfinə nail olmaq özü mənim üçün bir xoşbəxtlikdir. Mən deyərdim ki, haqqında söylənilən hər söz onu nəinki rəhbəri olduğu Kollecin, müəllim kollektivinin, tələbələrin, eyni zamanda, hər birimizin sevimlisinə çevirib. Bəli, o, həqiqətən də öz tələbələrinə qəlbən bağlı olan həssas xasiyyətli səmimi insandır.
Mənim fikrimcə elmimizin inkiafı üçün ən vacib şərtlərdən biri Şahin Əliyev kimi zəkalı, inadkar, qətiyyətli, əzmkar, tələbkeş və xeyirxah bir müəllimlərdən elm, bilik almalıdır. 
Çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün gələcək nəsillərə örnək mənalı, gərəkli ömür yaşayan Şahin müəllim kimi ziyalılarımız azlıq təşkil edir.  
Bu gün, məhz özünə inanan, seçdiyi yolun doğruluğuna şübhə etməyən  insanlar bu yolu seçir və hər nə olursa olsun inadkarcasına səbr etməklə işini davam etdirir.   
 Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev də belə bir keyfiyyətlərə malik olan bir insandır, desəm, yanılmaram. O, son dərəcə həssas, sadə və səmimi insandır. 
Bəli, yazımın qəhrəmanı olan Şahin Əliyevin qismətinə belə ömür payı nəsib olmuşdur. Onun ömrünə məna qatan isə uğruna ömrünü şam kimi əritdiyi tələbələridir. 
Səmimiliyi, sadəliyi və xeyirxahlığı ilə kollektivin də hörmətini qazanmışdır. Tələbələrini balası qədər sevən Şahin müəllimin seçdiyi yolda xidmətləri əvəzsizdir.
 Elmimizə və təhsilimizə şərəf və ləyaqətlə xidmət edən bu dəyərli insan onu sevən tələbələrinin və çiyin-çiyinə işlədiyi kollektivinin qəlbində özünə möhtəşəm bir məhəbbət abidəsi ucaltmışdır.
  Nə yaxşı ki, bu gün cəmiyyətimizdə az da olsa öz tələbələrinin, rəhbərlik etdiyi kollektivin sevgisini qazanan belə insanlar var və onların əkdiyi yaxşılıq toxumları insanların qəlbində zaman-zaman cücərir, yeni pöhrələr verir. Onlar hiss edir ki, insan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlmişdir.  
Bəli, Şahin Əliyev əsl pedaqoqdur.  
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından mənalı və zəngin, fəxr ediləsi, öyünüləsi ömür yolu olan  müəllim adlı şərəfli sənət sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, çətin anlarda ona pənah aparan insanlara, şəhid ailələrinə, qazilərə qayğı göstərən, şakəri xeyirxah əməllər olan bu dəyərli insana, Şahin Əliyevə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi pedoqoji fəaliyyətində uğurlar arzulayıram.
                          Şəfa Paşayeva

Tarix: 1-03-2024, 13:25 Oxunub: 72


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı