Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlqar Mahmudovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlqar Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. İlqar Mahmudov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə rayonun Əski İqrığ kəndinin bu günlərdə yenidən qurulmuş və asfaltlanmış yoluna baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov kənd sakinləri ilə də görüşərək onlarla ətraflı söhbət aparmışdır.
Əski İqrığ kənd sakinləri kənd yolunun qısa vaxt ərzində yenidən qurularaq asfaltlanmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də müraciətlərinə operativ reaksiya verərək problemin bir neçə gün ərzində həll olunmasına köməklik göstərildiyi üçün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə və bu işdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini bildirmişlər.
Elə həmin gün Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı müvafiq Sərəncama əsasən yenidən qurulmaqda olan Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran yolunda, həmçinin Ağçay üzərində tikilməkdə olan körpüdə işlərin gedişatı ilə tanış olmuş, sakinlərlə görüşmüş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Bölməyə aid digər xəbərlər