İlqar Mahmudov: Dünya hərb tarixinin mükəmməl örnəyi



Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birgə müntəzəm olaraq vətəndaş qəbulları keçirir.
29 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda əvvəlcədən müraciət etmiş 4 nəfər sakin iştirak etmiş, hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Vətəndaşlar onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.





Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov - 2023-cü ilin sentyabr ayında Qarabağda mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın keçirilməsini labüd idi. İkinci Qarabağ müharibəsindən sonra müzəffər ordumuz ermənilərə qarşı bir neçə dəfə hərbi əməliyyatlar keçirərək düşmənə layiqli cavab vermişdilər. Lakin aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur və  xəyanətkar əməllərindən əl çəkmirdilər.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq” yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər öz təxribatçı əməllərindən əl çəkmədilər.

Ötən il sentyabrın 19-da Ermənistan silahlı birləşmələri Qarabağda bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Buna cavab olaraq Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirərək Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurdu. Cəmi 23 saat 43 dəqiqə ərzində ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər, bununla Qarabağda erməni separatizminə son qoyuldu.

Qısa müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. O vaxtadək 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiya antiterror tədbirləri ilə tam yekunlaşdı.

Həmin gündən etibarən qalib Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu. Ötən müddətdə ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Bu sevinci, uğur və Qələbələri bizə canını Vətən yolunda fəda edən şəhidlərimiz yaşatdı. Beləliklə, 2023-cü il sentyabrın 19-20-də müstəqil Azərbaycanın yeni tarixi yazılmağa başladı.


Tarix: 19-09-2024, 10:51 Oxunub: 27


Bölməyə aid digər xəbərlər