10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov: "Böyük Zəfərin ilk azad şəhəri"

4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi. Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı. Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, bu tarixi gün əbədiləşdirildi. cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu. Cəbrayılda yenidən Azərbaycan bayrağının dalğalanması, təbii ki, işğal tarixini və onun doğurduğu ağır nəticələri hafizələrdən silmir. Rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurdu. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Erməni vandalizmi hər yerdə öz izini qoydu. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edildi və ya dağıntıya məruz qaldı.
Azərbaycan ordusunun Vətən müharibəsindən xeyli əvvəl həyata keçirdiyi, tarixə düşən iki uğurlu hərbi əməliyyatı oldu. Bunlardan biri 5 yanvar 1994-cü il tarixindəki Horadiz əməliyyatı idi: həmin tarixdə Cocuq Mərcanlı kəndi işğaldan qurtarıldı. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. İkinci qələbə 2016-cı il aprel döyüşlərində əldə edildi: Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad olundu. 27 ildən sonra qətiyyətli və son cavab olaraq başlayan Vətən müharibəsi bütün torpaqlarımız, həmçinin Cəbrayıl üçün azadlıq vədi idi. Beləliklə, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi vacib idi. Ona görə ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaranırdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonuna girmək, düşmənin şər yuvasını dağıtmaq, zəhərli başını əzmək üçün yol açılırdı. Belə də oldu. Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı, ən önəmlisi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi-dey Eltun Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-10-2024, 11:59 Oxunub: 212
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
16-08-2023, 20:18
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib -Fotolar
21-12-2022, 09:48
Eltun Süleymanov: Bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO