16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Şərəfli tarix, parlaq gələcək... - Məzahir Səlimov
Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimov - Qubadlı şəhərinin işğaldan azad olunması uğrunda mübarizə, 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin (Vətən müharibəsi) bir hissəsidir. Bu əks-hücum əməliyyatı Azərbaycanın hərbi qüvvələri tərəfindən strateji əhəmiyyətli şəhər və kəndlərin geri alınması məqsədilə aparılıb.
Qubadlı rayonu Ermənistanla sərhəddə strateji mövqeyə malik idi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi və uzun müddət bu mənfur dövlətin hərbi nəzarəti altında olmuşdu. Bu ərazi həm strateji yüksəkliklərə, həm də nəqliyyat yollarına nəzarət etməklə mühüm əhəmiyyət daşıyırdı.
2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri Qubadlı rayonu istiqamətində irəliləməyə başladı. Şanlı ordumuz bir neçə istiqamətdən əməliyyatlara başladı, məqsəd Qubadlı və ətraf kəndlərin nəzarət altına alınması idi. Qubadlı şəhərinin azad edilməsi üçün ətrafdakı yüksəkliklərdə nəzarətin alınması mühüm idi. Ordumuz bu yüksəkliklərdə möhkəmləndikdən sonra düşmənin müdafiə xətlərini yarıb şəhərə doğru irəlilədi. 25 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev rəsmi şəkildə Qubadlı şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bu, müharibənin gedişində mühüm bir mərhələ hesab olunur, çünki Qubadlı Ermənistanla sərhəddə yerləşən mühüm bir şəhər idi. Bununla da Azərbaycanın Cəbrayıl və Zəngilan istiqamətlərində əldə etdiyi uğurları daha da möhkəmləndirdi və Ermənistanla olan sərhədin bir hissəsinə nəzarəti təmin etdi. Hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
Qubadlı kimi strateji bir şəhərin azad olunması Azərbaycanın döyüş ruhunu və müharibədə üstünlüyünü daha da gücləndirdi. Ermənistan silahlı qüvvələri bölgədə ciddi itkilər verərək geri çəkilməyə məcbur oldular, bu da onların digər mövqelərinin zəifləməsinə gətirib çıxardı. Qubadlı şəhərinin azad olunması Vətən müharibəsində Azərbaycanın Qələbəsi üçün mühüm addım idi və 44 günlük savaşın sonrakı mərhələlərində ordumuzun uğurlarına şərait yaratdı.
Qubadlının işğaldan azad olunması bir neçə strateji və iqtisadi faydalar verə bilər. Qubadlı rayonu Zəngəzur dəhlizinə yaxın yerləşir. Bu ərazinin azad olunması Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin olunmasına və beynəlxalq nəqliyyat marşrutlarının inkişafına töhfə verə bilər. Qubadlı zəngin təbii resurslarla, o cümlədən su ehtiyatları və kənd təsərrüfatı üçün əlverişli torpaqlarla zəngindir. Bu ərazinin yenidən istifadəyə verilməsi aqrar və digər iqtisadi sahələrin inkişafını sürətləndirə bilər.
Ərazinin tarixi və təbii gözəllikləri var ki, bu da gələcəkdə turizm sahəsinin inkişafı üçün böyük imkanlar açır. Dağlıq bölgələr və tarixi abidələr turizm baxımından cəlbedici ola bilər. İşğaldan azad edilən ərazilərə məcburi köçkünlərin geri qayıtması, əhalinin məskunlaşması və infrastrukturun bərpası üçün yeni imkanlar yaradacaq. Bu da sosial və iqtisadi dirçəlişə töhfə verəcək.
Qubadlının azad olunması bölgənin təhlükəsizliyinin möhkəmləndirilməsi və Ermənistanla sərhədin nəzarətdə saxlanması üçün mühüm əhəmiyyət kəsb edir. Bu, gələcəkdə təhlükəsizliklə bağlı risklərin azalmasına kömək edə bilər.
*****
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimovdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Məzahir Səlimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Məzahir Səlimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Məzahir Səlimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Məzahir Səlimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Xocavənd Yol İstismar idarəsinin rəisi Məzahir Səlimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Məzahir Səlimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Məzahir Səlimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Məzahir Səlimovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Məzahir Səlimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-10-2024, 12:59 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
20-09-2024, 13:51
İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
28-03-2023, 13:20
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO