16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti

Dörd ildir Azərbaycanın cənnətməkan Kəlbəcəri azaddır. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurlu diplomatiyası, prinsipial mövqeyi və Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində Ermənistan həm sahədə, həm masada məğlubiyyətə uğradı, kapitulyasiya aktını imzalamağa və işğal etdikləri tarixi Azərbaycan ərazilərindən çıxmağa məcbur oldular. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Ermənistan ordusu Kəlbəcər rayonunu tərk etdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi mənfur düşmənin işğalından azad edildi. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Arxeoloji faktlara əsaslanaraq deyə bilərik ki, yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km olmaqla 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmış, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Bütün bunlar isə əlbəttə ki, rəsmi İrəvanın hərbi cinayətlərinin bir hissəsi idi. Dünya birliyi isə “İkili standartlar” siyasəti yürüdərək cinayətə göz yummaqla bərabər həm də işğalçı dövlətə himayədarlıq edirdi. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”–deyən Prezident İlham Əliyev Kəlbəcər uğrunda gedən döyüşlərin, Kəlbəcərin azad olunmasının strateji əhəmiyyətini çox dəqiqliklə izah etmişdir. Effektiv hərbi strategiyanın nəticəsi kimi isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundular. Bu isə qəhrəmanlarımıza dövlət səviyyəsində göstərilən hörmət və ehtiramın bariz nümunəsidir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur. Bu gün isə Kəlbəcər öz sakinlərini qarşılamaq qayğısı ilə yaşayır. Kəlbəcərdə yeni yaşayış məntəqələri, yeni yollar, infrastruktur obyektlər tikilib istifadəyə verilir, Kəlbəcərə həyat sanki yenidən qayıdır. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Rayonun enerji potensialı yenidən dirçəldilir. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Yeni avtomobil yolları çəkilir, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. İlk yaşayış məhəlləsi artıq 3,26 hektar ərazidə layihələndirilib.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-11-2024, 11:03 Oxunub: 105
Bölməyə aid digər xəbərlər
20-11-2024, 10:29
Eltun Süleymanov : "Kəlbəcərin azad olunmasından 4 il keçir'
24-11-2023, 09:20
Möhtəşəm Kəlbəcər günü
21-11-2023, 09:39
Eltun Süleymanov: “Azad Kəlbəcərin azadlıq günü mübarək olsun”
19-11-2023, 09:46
Aqiyə Naxçıvanlı: “Kəlbəcərin azad olunması Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi idi”
10-11-2023, 08:36
Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür
6-11-2023, 14:47
Elton Məmmədov: Qürur tariximiz
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
27-09-2022, 00:00
Məmməd Əliyev: 44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu
27-09-2022, 11:35
Mehman Mehdiyev: 27 sentyabr-tarixi zəfərin başlanğic günü
25-11-2021, 09:13
Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO