11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Aqiyə Naxçıvanlı: “Kəlbəcərin azad olunması Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi idi”

“İşğala qədər 88 300 nəfər əhalisi olmuş Kəlbəcər rayonu ermənilər tərəfindən böyük dağıntılara, talana məruz qoyulmuşdur. 1993-cü ilin 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq konvensiyalar tərəfindən müəyyən olunmuş prinsiplərə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan həyata keçirməli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özü illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat daha sonra Kəlbəcərin azad olunmasının strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən II Qarabağ müharibəsinin ilk günlərində keçirilmiş uğurlu hərbi əməliyyatlar nəticəsində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edilmişdir. Şanlı ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri alaraq erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırdı və bundan sonra düşmən faktiki olaraq Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədi. Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədaləti bərpa etdi, torpaqlarının işğalına son qoydu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Möhtərəm dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub”.
Həmçinin Aqiyə Naxçıvanlı qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə həyata keçirilən vüsətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir: “Bu gün Kəlbəcərdə də işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Xüsusilə, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan sonra Kəlbəcər rayonuna ilk dəfə etdikləri tarixi səfər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmin vaxt Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi start verildi. Son üç il ərzində Kəlbəcər rayonuna dövlət başçımızın etdiyi çoxsaylı səfərlərin gedişində baş tutan açılışlar və təməlqoyma mərasimləri də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həqiqətən də yüksək sürətlə həyata keçirildiyinin daha bir göstəricisidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini başa çatdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-11-2023, 09:46 Oxunub: 127
Bölməyə aid digər xəbərlər
24-10-2023, 11:55
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir”
17-10-2023, 12:12
Aqiyə Naxçıvanlı: “Füzulinin azad olunması ilə Azərbaycan mühüm strateji üstünlüklər əldə etmişdi”
22-09-2023, 13:44
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
17-02-2023, 09:56
11 saatlıq qanlı döyüşlərin azərbaycanlı qəhrəmanları belə öldürülüb - ŞOK FAKTLAR
1-12-2022, 09:29
Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayıb”
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
29-08-2022, 13:02
Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir - FOTO
25-11-2021, 09:13
Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO