16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Aqiyə Naxçıvanlı: “Füzulinin azad olunması ilə Azərbaycan mühüm strateji üstünlüklər əldə etmişdi”
“2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Ordusu II Qarabağ savaşının gedişində ən önəmli və parlaq, eyni zamanda da ən çətin qələbələrindən birini əldə etmişdir. Həmin gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Füzuli uğrunda gedən döyüşlər haqlı olaraq Vətən müharibəsinin ən ağır döyüşlərindən hesab olunur. Əlbəttə ki, bunun məlum obyektiv səbəbləri var idi. Ermənilər yaxşı bilirdilər ki, Füzulinin azad olunması ilə Azərbaycan strateji üstünlüklər əldə edəcək. Buna görə də 30 il ərzində məhz həmin istiqamətdə təmas xəttində möhkəm istehkamlar, bir neçə mərhələdən ibarət güclü müdafiə xətti qurmuşdular. Ən tanınmış hərbi mütəxəssislərin yekdil rəyi belə idi ki, Füzulini işğaldan azad etmək üçün aylarla zaman və böyük hərbi potensial sərf olunacaq. Lakin Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandanımızın strategiyasının mükəmməlliyi sayəsində bu əməliyyat cəmi 20 günə parlaq qələbə ilə başa çatdırılmışdır. Bu zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat daha sonra Füzulinin tarixi barədə qısa məlumat verərək, bu rayonun işğal nəticəsində ən çox dağıntılara məruz qoyulmuş bölgələrdən biri olduğunu vurğulayıb: “Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Əhalisi təxminən 144 min nəfər olan bu rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuşdur İlk öncə Qaryagin adlandırılmış rayonun adı 1959-cu ilin aprelində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasında rayonun Babı kəndində yerləşən və XIII əsrə aid olan səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini göstərmək olar. Lakin 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. 1993-cü ildə Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Bir məqamı da vurğulamaq lazımdır ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın hələ 1994-cü ildə əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ilin 5 yanvar tarixində Ümummilli Liderin əmri ilə hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdilər.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Füzulidə də möhtəşəm yenidənqurma işlərinin aparıldığını bildirib: “Azərbaycan öz ərazilərini işğaldan azad edərək Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduqdan dərhal sonra bu torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər isə görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da işlərin aparılmasına ən güclü stimulverici amil kimi təsir göstərir. Dövlət başçısının hər belə səfəri növbəti açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən Füzuli rayonunda bu gün möhtəşəm quruculuq işləri böyük vüsətlə həyata keçirilməkdədir. Sözsüz ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın 2021-ci ildə Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin Azərbaycan dövləti sülhsevərliyi ilə yanaşı ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün, sülhə təhdid törədən bütün qüvvələri dəf etmək üçün müharibəyə də hər an hazır olduğunu dəfələrlə sübut etmişdir. O cümlədən bu ilin sentyabr ayının 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirini növbəti parlaq Qələbə ilə başa çatdırmaqla artıq bütün Qarabağda konstitusiya quruluşunu və öz suverenliyini tam təmin etmiş Azərbaycan ölkəmizlə təhdid və ultimatum dilində danışmağın mənasız olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-10-2023, 12:12 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
17-10-2023, 08:25
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
16-10-2023, 12:50
E.Süleymanov: “ Azad Füzuli çiçəklənir”
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
17-10-2022, 06:00
Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO