10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü olduqca əhəmiyyətli və dəyərli hadisə kimi tarixə yazıldı. Bu, ilk növbədə ölkə başçısının faciə qurbanlarına və sağ qalan ekipaj üzvlərinə hörməti kimi qiymətləndirilir. Eyni zamanda cənab Prezident hadisə haqqında da ətrafılı məlumat verib. Ölkə başçısı deyib ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Cənab Prezident İlham Əliyevin Sərəncam ilə ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü - iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Daha sonra deputat cənab Prezident İlham Əliyevin qəzanın baş vermə səbəblərinin araşdırılması istiqamətində görülən işlər barədə verdiyi açıqlamanın əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kimi, baş vermiş qəzanın səbəblərinin araşdırılması məqsədilə ilk gündən xüsusi Dövlət Komissiyası yaradılıb və hal-hazırda bu komissiya fəaliyyət göstərir. Eyni zamanda, möhtərəm dövlət başçımızın göstərişinə əsasən Azərbaycan prokurorluğu cinayət işi açıb. Qeyd etmək lazımdır ki, cinayət işinin ilkin araşdırması cənab Prezident İlham Əliyevin səsləndirdiyi versiyanı bir daha təsdiqləyir. Dövlət başçısı bu barədə ilkin məlumatı, eləcə də öz fikirlərini artıq dekabrın 29-da, Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyi müsahibədə xalqa çatdırmışdı. Cənab Prezident bildirmişdi ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq. Obyektiv araşdırmanın aparılması üçün prokurorluğun işçi qrupları həm Qroznı, həm də Aktau şəhərlərinə ezam edilmişdi və hər iki şəhərdə operativ işlər görmüşdür. Əldə olunan ilkin məlumatlara əsaslanaraq cənab Prezident İlham Əliyev bir daha hamının diqqətinə çatdırdı ki, Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava məkanının bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Dövlət başçısı xatırlatdı ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Bütün bu danılmaz faktlar qarşılığında Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdləri sözsüz ki, həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yalnız pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Cənab Prezident qeyd etdi ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışlar.”
Sonda S.Möhbalıyev ekipaj üzvlərinin qəhrəmanlığının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bir dah diqqət mərkəzinə çəkib: “Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında cənab Prezident ilham Əliyev vida mərasimi zamanı da öz fikirlərini ifadə etmişdi. Yanvarın 6-da keçirilən görüş zamanı da möhtərəm dövlət başçımız ekipaj üzvlərinin hərəkətlərini böyük fədakarlıq kimi dəyərləndirdi. Qeyd olundu ki, hətta bu qəzadan sağ çıxa bilməyəcəklərini bilə-bilə, təcrübəli pilotlar qəhrəmanlıq göstərərək idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Ekipaj üzvlərinin fəaliyyətini nəzərə alaraq Azərbaycan dövləti onları yüksək mükafatlarla təltif edib. Bu da qəhrəmanlığın ən ali dəyərlərlə qiymətləndirilməsidir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-01-2025, 10:19 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
7-01-2025, 09:27
Eltun Süleymanov: " Ekipaj üzvlərinin fəaliyyəti yüksək mükafatlarla təltif edilib"
6-01-2025, 17:02
Azərbaycan bütün tələblərində haqlıdır
6-01-2025, 13:02
Prezident ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşünün TAM MƏTNİ
6-01-2025, 11:18
Prezident ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb - Foto - Yenilənib
4-01-2025, 10:58
Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb
30-12-2024, 20:27
Eltun Süleymanov: “Qəzaya uğramış təyyarənin pilotlarının və ekipaj üzvlərinin qəhrəmalıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”
29-12-2024, 17:37
Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam
29-12-2024, 19:02
Eltun Süleymanov : "Təyyarə qəzasını quşlarla bağlamaq, qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır"
29-12-2024, 09:52
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir
27-12-2024, 15:30
Pilot niyə Bakını yox, Aktaunu seçib?
27-12-2024, 12:19
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
26-12-2024, 13:56
Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər - Yenilənib
26-12-2024, 11:41
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
26-12-2024, 09:39
“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
26-12-2024, 08:25
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
19-08-2021, 10:42
AZAL rəhbəri Cahangir Əsgərov sualları cavablandırdı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO