21:59 / 30-01-2025
Prezident İlham Əliyev Sərəncam imzalayıb
21:10 / 30-01-2025
Şəhidimiz Nazim Beydiyevin Doğum Günüdür
16:00 / 30-01-2025
Artıq beynəlxalq nizam yox, güclülərin hökmranlığı var - Politoloq
15:30 / 30-01-2025
Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
13:16 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
12:45 / 30-01-2025
Nazir: Tbilisi İrəvanla Bakıya kömək etməyə hazırdır
12:38 / 30-01-2025
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
12:33 / 30-01-2025
Anti-Azərbaycan mövqeyi ilə tanınan senator 11 il azadlıqdan məhrum edildi
11:34 / 30-01-2025
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
11:30 / 30-01-2025
Bu da Zəngəzur dəhlizinin tuneli - Video
11:24 / 30-01-2025
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
10:41 / 30-01-2025
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...
10:36 / 30-01-2025
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar verildi
09:55 / 30-01-2025
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
09:51 / 30-01-2025
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
09:21 / 30-01-2025
Nazir getdi, nazirlik də ləğv olunur?
09:19 / 30-01-2025
Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi
09:16 / 30-01-2025
Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
09:15 / 30-01-2025
İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
09:09 / 30-01-2025
İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - Adları məlum oldu - YENİLƏNİB
09:00 / 30-01-2025
Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
08:32 / 30-01-2025
Helikopterlə sərnişin təyyarəsi toqquşdu - Ölənlər var - VİDEO
21:57 / 29-01-2025
Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
12:00 / 29-01-2025
PA rəhbəri də səs verdi - Fotolar
11:54 / 29-01-2025
Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
10:44 / 29-01-2025
“Taksilərin sayı 67 mindən 30 minə salınıb, mərkəzə səfərlər kəskin azalıb”
10:11 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
09:53 / 29-01-2025
Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
09:46 / 29-01-2025
Sumqayıtda arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Azərbaycan bütün tələblərində haqlıdır
Prezident İlham Əliyevin 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan televiziyasına verdiyi müsahibə dünya mediasında sözün əls mənasında rezonasyaradıb. "Röyters", CNN, NDTV, “Ekonomik Tayms”, “Business Tudey”, ABC Nyus, “Avronyus” da daxil olmaqla, dünyanın ən nüfuzlu media qurumları cənab Prezident İlham Əliyevin açıqlamasını tirajlayıb. Dünya mediası yazır ki, məsələnin mahiyyəti aydındır: İlham Əliyev Rusiyanın faktı ört-basdır etmək cəhdlərini, “quşla toqquşma”, salonda “balon partlaması” kimi arqumentlərini “cəfəngiyyat”, “açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri”ni ağılsızlıq adlandırdı. Bildirdi ki, “Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”. Cənab Prezident Rusiyaya konkret 3 şərtin olduğunu və bunun artıq Kremlə çatdırıldığını bildirdi. “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıqbutələblərrəsmiqaydadaonlaraçatdırıldı. Bu, nədənibarətdir? Birincisi, RusiyatərəfiAzərbaycandanüzristəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”. Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması üçün şəxsən göstəriş verdiyini dedi. “Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər. AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq.Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır”. Bir sözlə, Prezident heç bir detalı, heç bir nüansı yaddan çıxartmadan, bu qəza ilə bağlı tam və hərtərəfli danışdı. Pilotların və ekipajınqəhrəmalığında söz açdı.”Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”. Xalqın, dövlətin, millətin maraqları, xalqın milli qürur, ləyaqət və şərəf məsələsi olanda İlham Əliyev heç bir halda, heç bir məqamda, heç bir güc qarşısında qətiyyən, bir addım geri çəkilmir, düşündüyünü, həqiqəti, haqqı, ədaləti ən sərt formada, ən təsiredici sözlərlə birbaşa deyir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 6-01-2025, 17:02 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
6-01-2025, 13:02
Prezident ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşünün TAM MƏTNİ
30-12-2024, 20:27
Eltun Süleymanov: “Qəzaya uğramış təyyarənin pilotlarının və ekipaj üzvlərinin qəhrəmalıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”
29-12-2024, 19:02
Eltun Süleymanov : "Təyyarə qəzasını quşlarla bağlamaq, qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır"
27-12-2024, 15:30
Pilot niyə Bakını yox, Aktaunu seçib?
26-12-2024, 08:25
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
1-08-2023, 11:33
AZAL-la “Buta”nın birləşməsi - Qiymətlər necə olacaq?
25-07-2022, 09:00
Rusiya Qazaxıstanı da itirir? - TƏHLİL
19-08-2021, 10:42
AZAL rəhbəri Cahangir Əsgərov sualları cavablandırdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 11:20
AZAL sərnişinlərə müraciət etdi
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI