08:54 / 31-01-2025
Neftin qiyməti artdı
YENİLƏNİB! Göyçayın Qarabaqqal kəndində Nizami Gəncəvi adına parkı məhv edib ağacları kəsir, yerində obyekt tikirlər - FOTOLAR + VİDEO

YENİLƏNİB! Göyçayın Qarabaqqal kəndində Nizami Gəncəvi adına parkı məhv edib ağacları kəsir, yerində obyekt tikirlər - FOTOLAR + VİDEO


2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli"kimi qeyd olunur. Bu barədə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı var. Bu sərəncamdan irəli gələn məsələlər ondan ibarətdir ki, ölkə ərazisində yaşıllıqlara xüsusi qulluq edilməli, təbiətin hər bir ünsürünə diqqətlə yanaşılmalıdır. Dünyamızın oksigen fabriki hesab olunan ağacların sayı artırılmalı, onları kəsənlərə qarşı ciddi tədbirlər həyata keçirilməlidir. Bundan əlavə ölkəmizdə dünyanın 100 dən artıq dövlət başçılarının iştirakı ilə COP 29 Beynəlxalq Sammit keçirilir. Sammitin əsas məqsədi dünyada baş verən iqlim dəyişikliklərinə diqqəti yönəltmək və buna səbəb olan amilləri aradan qaldırmaqdır. Bu hər bir vətəndaşın Ana Təbiət qarşısında bir vicdan borcu olmaqla yanaşı dövlətimiz qarşısında da məsuliyyətidir.

Lakin əfsuslar olsun ki, belə bir zamanda bəzi yerli idarə rəhbərləri Cənab Prezidentin sərəncamını ciddiyə almır, yaşıllıqları ən azı bu ildə qorumaq əvəzinə onların məhvinə səbəb olacaq qanunsuz işlərlə məşğuldurlar.

BİA.az-a Göyçay rayon Qarabaqqal kənd sakinləri tərəfindən müraciət daxil olub. Kənd sakinləri adından şikayət edən bir qrup şəxs bildirir ki, kənddə dahi Azərbaycan şairi Nizami Gəncəvi adına qanuni sənədlə park mövcuddur. Hətta bir zamanlar böyük şairin heykəli də parkda var idi. Parkın ərazisində müxtəlif növ ağaclar var. Lakin son günlər həmin parkın ərazisində qanunsuz obyekt tikilir. Həyat və yaşam səbəbimiz olan ağaclar məhv edilir. Üzücü haldır ki, bütün bu hadisələr dövlət məmurlarının gözü qarşısında baş verir. Vətəndaşların haqlı şikayətlərinə Kənd İcra Nümayəndəsi Kamil Qasımov, Bələdiyyə Sədri Əli Xəlilov biganə qalırlar. Nə hikmətdirsə öz həyətində ağacını budayan vətəndaşa sərt cəza tətbiq etməyə hazır olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da bu qanunsuz işə "dur" demirlər.

Biz Göyçay rayon Qarabaqqal kənd sakinləri sizin saytınız vasitəsilə cənab prezident İlham Əliyevə, I Vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyevaya müraciət edərək onlardan xahiş edirik ki, qanunsuz şəkildə ağacları məhv edən, əhalinin istirahət yeri olan parkda qanunsuz obyekt tikən və bu qanunsuzluqlara göz yuman dövlət rəsmiləri cəzalandırılsın, vətəndaşların haqlı şikayətlərinə biganə qalınmasın.

Biz də BİA.az olaraq öz növbəmizdə qeyd edilən məsələni diqqətdə saxlayacağıq.

Sonda qeyd edək ki, məlum məsələ ilə bağlı redaksiyamızda digər foto və video görüntülər var, növbəti sayımızda onları da oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.











Göyçayda Nizami Gəncəvi adına parkda qanunsuz tikinti və ağac kəsilməsi davam edir

Göyçay rayonunun Qarabaqqal kənd sakinləri, BİA.az-a göndərdikləri müraciətdə, Nizami Gəncəvi adına olan qanuni parkın ərazisindəki ağacların məhv edilməsi və qanunsuz tikililərin inşa edilməsi ilə bağlı şikayət edirlər. Parkda əvvəlcə böyük şairin heykəli və müxtəlif növ ağaclar var idi. Lakin son günlər, parkın ərazisində tikinti işləri aparılmağa başlanmış, ağaclar kəsilmişdir. Bütün bu hadisələrin, dövlət məmurlarının gözü qarşısında baş verdiyini bildirən sakinlər, Kənd İcra Nümayəndəsi Kamil Qasımov və Bələdiyyə Sədri Əli Xəlilov tərəfindən biganəliklə qarşılaşdıqlarını qeyd edirlər. Vətəndaşlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da qanunsuz tikintiyə müdaxilə etmədiyini vurğulayırlar. Şikayətçilər, tikinti dayandığı söylənsə də, yenidən başlanıldığını və ağacların kəsilməkdə davam etdiyini bildirirlər. Onlar, cənab Prezident İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, qanunsuz tikintiyə son qoyulmasını və məsul şəxslərin cəzalandırılmasını xahiş edirlər.






Tarix: Bu gün, 10:00 Oxunub: 9


Bölməyə aid digər xəbərlər