15:30 / 04-03-2025
Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlandı
14:22 / 04-03-2025
Maşın almaq istəyənlərə şad xəbər: Ucuzlaşma başlayır
12:20 / 04-03-2025
Çin-dən ABŞ ilə bağlı qərar
12:15 / 04-03-2025
3 yerdən keçid: Paşinyandan "hazırıq" bəyanatı
12:11 / 04-03-2025
Zelenskinin impiçmenti üçün spikerə müraciət edildi - SƏNƏD
12:09 / 04-03-2025
AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edildi
10:31 / 04-03-2025
Polis əməliyyat keçirdi - 10 kiloqram narkotik vasitə aşkarlandı
10:24 / 04-03-2025
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
10:18 / 04-03-2025
Prezident “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul etdi
10:06 / 04-03-2025
UEFA Çempionlar Liqası: 1/8 finalın ilk oyunlarına start verilir
09:59 / 04-03-2025
Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib
09:34 / 04-03-2025
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
09:28 / 04-03-2025
Nazirlikdən od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət
09:16 / 04-03-2025
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı: Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi
09:09 / 04-03-2025
Rusiya barışığa hazırlaşır – Kreml önəmli fiquru Bakıya göndərir
09:00 / 04-03-2025
Gizli hesabat: Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır
08:46 / 04-03-2025
BU günə olan valyuta məzənnələri
08:41 / 04-03-2025
Nardaranın adı yol nişanlarından niyə götürüldü? – AYNA
08:34 / 04-03-2025
XİN-dən BMT-nin insan haqları üzrə ali komissarına CAVAB
08:28 / 04-03-2025
Bu gün Od çərşənbəsidir
16:00 / 03-03-2025
Təcili silahlanmalıyıq - Ursula von der Leyen
15:30 / 03-03-2025
Azərbaycanda Aliment Fondu yaradıla bilər
14:22 / 03-03-2025
Sabah havanın temperaturu 13 dərəcəyədək artacaq
12:48 / 03-03-2025
Makron Ukraynada Avropanın sülh planını açıqlayıb
12:29 / 03-03-2025
Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
12:13 / 03-03-2025
İcra başçısına AĞIR İTKİ
11:53 / 03-03-2025
Zelenskiyə əsəbiləşən Tramp ilk prezident deyilmiş
11:41 / 03-03-2025
Bu məmurlar cərimələnəcək
Səttar Möhbalıyev: “Gəncliyin sağlam, vətənpərvər və savadlı formalaşması cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm strateji vəzifədir”

“Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasına, elmi biliklərə yiyələnməsinə, müasir tələblərə cavab verən təhsil almasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illərdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ulu Öndər hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Ulu Öndər dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayır, bu məqsədlər üçün hər il dövlət büdcəsində böyük məbləğlərdə vəsait ayırır, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək məqsədilə ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə görüşlər keçirirdi. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlər idi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən deputat daha sonra 1993-cü ildən başlayaraq ölkəmizdə Gənclər siyasətinin institutlaşdırılması istiqamətində atılan addımların əhəmiyyətindən bəhs edərək bunları deyib: “Bu sahədə görülən ən mühüm tədbirlərdən biri də Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılması oldu. Bu qərar müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni bir təkan verdi. Bundan başqa Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləsə də təşkilati-hüquqi əsaslarını müəyyən etmək üçün bir çox digər vacib sənədlər imzalamışdır. Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq belə demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu tarixi hadisədən bir il sonra, 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir.”
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olduğunu vurğulayan S. Möhbalıyev qeyd edib ki, bu strategiya 2003-cü ildən sonra da hər zaman dövlətin xüsusi diqqət mərkəzində olub: “Son iyirmi iki ildə respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. Dövlət səviyyəsində yüksək səmərəliliklə həyata keçirilən və gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər möhtərəm Prezidentimizin yürütdüyü bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını aydın şəkildə göstərir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti. Dövlət dəstəyi sayəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində minlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.”
Sonda deputat qəhrəman Azərbaycan gənclərinin 2020-ci ildə tarixi missiyanı həyata keçirməklə Vətən qarısında misilsiz xidmətlər göstərdiklərini və öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdıqlarını xüsusi vurğulayıb: “Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabrında keçirilmiş tədbirlər nəticəsində isə, ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə əldə olundu. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Birmənalı olaraq demək olar ki, Azərbaycan gəncliyi bundan sonra da hər zaman ölkəmizdə gedən inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək, öz Prezidentinin ətrafında daha sıx birləşərək xalqımızı daha parlaq gələcəyə doğru aparan yolda daim ön cərgələrdə irəliləyəcək” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-01-2025, 13:09 Oxunub: 15
Bölməyə aid digər xəbərlər
28-01-2025, 09:53
"Cəmiyyətin böyük hissəsini təşkil edən gənclər ölkə həyatında önəmli rol oynayır" - Eltun Süleymanov
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
27-01-2024, 12:54
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir”
7-09-2023, 14:04
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib -Fotolar
25-08-2023, 13:49
Gənclərin böyük hamisi
24-08-2023, 12:29
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin banisidir”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-02-2023, 10:19
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”
26-01-2023, 15:25
Aqiyə Naxçıvanlı: “Gəncliyin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin daima diqqət mərkəzində idi”
11-12-2022, 19:06
Eltun Süleymanov: "Heydər Əliyevin adı və əməlləri Azərbaycan gəncliyi üçün ideya mənbəyi, mübarizə strategiyasıdır"
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
31-01-2022, 10:53
Azər Həsənov: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədə Azərbaycan gəncliyinin rolunu dövlətimiz yüksək dəyərləndirir”
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO