10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: "Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit dinamika nümayiş etdirir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının aparıcı xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi ətraflı müsahibə bir sıra geosiyasi və iqtisadi məqamlarla yadda qaldı. Bu müsahibə yalnız Azərbaycan-Vyetnam münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın Asiya-Sakit okean regionuna dair xarici siyasət prioritetlərinə də aydınlıq gətirdi. Azərbaycanın son illərdə yürütdüyü müstəqil, balanslı və prinsipial xarici siyasət xətti, onu yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi strateji çəkidədir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Deputat onu da deyib ki, Asiya–Sakit okean regionu XXI əsrin geosiyasi və iqtisadi mərkəzinə çevrilməkdədir. Cənab Prezident İlham Əliyev də müsahibəsində bu bölgənin artan əhəmiyyətinə toxunaraq Azərbaycan üçün Vyetnam kimi müstəqil, nüfuzlu ölkələrlə əməkdaşlığın prioritet olduğunu bildirmişdir. “Vyetnam bizim üçün dost və etibarlı tərəfdaşdır,” – deyə dövlət başçısı qeyd etmişdir. Azərbaycanın ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələri ilə münasibətləri inkişaf etdirməsi, təkcə iqtisadi maraqlardan deyil, həm də çoxqütblü dünyada siyasi tarazlıq yaratmaq strategiyasından irəli gəlir. Bu baxımdan Vyetnam, ASEAN daxilində nüfuzlu və tarixi partnyor kimi xüsusi yer tutur. Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq özəl vurğulanmalıdır. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkənin ortaq dəyərləri və prinsipial yanaşmaları onların beynəlxalq aləmdə bir-birini dəstəkləməsini təmin edir. Cənab Prezident İlham Əliyev müsahibədə bu əməkdaşlığa toxunaraq qeyd etmişdir: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə bərabərlik, ədalət və beynəlxalq hüququn üstünlüyü prinsiplərini fəal şəkildə müdafiə etmişdir.” Vyetnam isə bu dəyərləri uzun illərdir öz diplomatiyasının əsas sütunu kimi qəbul edir. Məhz bu ortaq baxış, iki ölkənin dünya siyasətində daha sıx əməkdaşlıq etməsinə şərait yaradır. Azərbaycanın enerji resursları və bu sahədə formalaşmış sənaye infrastrukturu onu dünya miqyasında aparıcı enerji ixracatçısına çevirib. Cənab Prezidentin müsahibədə vurğuladığı kimi, Vyetnamla enerji sahəsində əməkdaşlıq uzunmüddətli perspektivlərə malikdir. 2019-cu ildə SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan əməkdaşlıq müqaviləsi bu istiqamətdə konkret addım olub. Həmçinin, Azərbaycan mütəxəssislərinin hələ ötən əsrin ortalarında Vyetnamın neft sənayesinin inkişafında oynadığı rolu da unutmamaq lazımdır. Bu əməkdaşlıq yalnız neft hasilatı və emalı ilə məhdudlaşmır. Neft-kimya sənayesində yeni texnologiyaların tətbiqi, ekoloji təmiz enerji layihələri və “yaşıl enerji”nin təşviqi sahəsində birgə fəaliyyət imkanları genişlənir. Bu isə Azərbaycanın “yaşıl keçid” siyasətinə və Vyetnamın dayanıqlı inkişaf strategiyasına uyğun gəlir. Azərbaycanın Asiya-Sakit okean regionu ilə daha sıx inteqrasiya olunması üçün nəqliyyat-logistika infrastrukturu da mühüm əhəmiyyət daşıyır. Cənab Prezident Vyetnamla birbaşa hava nəqliyyatının yaradılmasını və turizmin inkişafını dəstəklədiyini qeyd edərək bildirmişdir: “Gələcəkdə Bakının Vyetnam şəhərləri ilə birbaşa hava əlaqəsi turizm və humanitar əlaqələrə güclü təkan verə bilər.” Hazırda Azərbaycan “Orta Dəhliz” adlandırılan Şərq-Qərb nəqliyyat marşrutunun əsas iştirakçılarından biridir. Bu dəhliz Çindən Avropaya, o cümlədən Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yüklərin daşınması üçün alternativ və təhlükəsiz yol təqdim edir. Azərbaycan bu dəhlizdə logistika mərkəzi rolunu oynayaraq, nəqliyyat diplomatiyasını siyasi və iqtisadi təsir alətinə çevirmişdir. Azərbaycan-Vyetnam əməkdaşlığının sosial-humanitar aspektində təhsil sahəsi xüsusilə diqqət çəkir. Cənab Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı məzun bu gün öz ölkələrində nüfuzlu vəzifələrdə təmsil olunurlar. Bu, iki ölkə arasında etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Yeni mərhələdə cənab Prezident vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması üçün dövlət proqramlarının mövcud olduğunu bildirib: “Biz vyetnamlı tələbələri Azərbaycanda görməyə şad olarıq. Onlar üçün təqaüd və qrant imkanları mövcuddur.” Bu təşəbbüs yalnız akademik əlaqələri gücləndirmir, həm də gələcəkdə elmi-tədqiqat, innovasiya və texnologiya sahəsində birgə layihələrin reallaşmasına zəmin yaradır. Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı, təkcə ikitərəfli səviyyədə deyil, həm də Avrasiya məkanında yeni geosiyasi dinamikaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq xalqlar arasında dostluq ruhuna əsaslanmaqla yanaşı, qarşılıqlı maraqlara, siyasi etibara və strateji baxışa söykənir. Cənab Prezident İlham Əliyevin verdiyi müsahibə göstərdi ki, Azərbaycan regional və qlobal səviyyədə sabitlik, sülh və tərəqqi yolunu tutaraq, dünya ilə qurduğu münasibətləri çoxölçülü strateji əsaslar üzərində qurmağa davam edir. Vyetnam bu baxımdan Azərbaycanın Asiyaya açılan mühüm tərəfdaş qapısıdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. .
Bölməyə aid digər xəbərlər

Tarix: 8-05-2025, 09:06 Oxunub: 106
Bölməyə aid digər xəbərlər
7-05-2025, 10:52
Eltun Süleymanov: "Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Vyetnamla strateji tərəfdaşlığın geosiyasi əhəmiyyəti"
6-05-2025, 19:36
Prezident müsahibə verdi
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO