16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Eltun Süleymanov: "27 sentyabr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir "

Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrını həm böyük kədər, həm də böyük qürur hissi ilə xatırlayır. Bu gün Vətənimizin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Anım Günü, əslində, Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etdiyi, millətin öz taleyini özü müəyyən etdiyi bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyev 2023-cü ilin Anım Günü münasibətilə xalqa müraciətində demişdi: “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Biz onların qanını yerdə qoymadıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, XX əsrin sonlarından başlayaraq Ermənistanın işğalçı siyasəti Azərbaycan xalqına ağır faciələr yaşatdı. 1988-ci ildən soydaşlarımız öz tarixi torpaqlarından qovuldu, Xocalıda soyqırımı törədildi, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in vasitəçilik missiyası nəticə vermədi. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt buna razı olmayacağıq. Əgər Ermənistan torpaqlarımızdan çıxmasa, biz onları güc yolu ilə çıxaracağıq.” 27 sentyabr 2020-ci il məhz bu tarixi qərarın başlanğıc nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu. Müharibənin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa – bu şəhərlərin azad edilməsi xalqımızın ruhunda əbədi silinməz iz buraxdı. Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi oldu. 8 noyabrda Ali Baş Komandan xalqa tarixi müjdəni verdi. 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı və beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev həmin gün bildirmişdi: “Biz bu Qələbəni gücümüz, iradəmiz, birliyimiz hesabına qazandıq. Azərbaycan xalqı öz tarixi missiyasını şərəflə yerinə yetirdi.” Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə təsadüfi deyildi. Bu, illərlə düşünülmüş siyasətin, dövlətin gücləndirilməsi yolunda görülən işlərin nəticəsi idi. Güclü iqtisadiyyat, müasir texnologiyalarla təchiz olunmuş ordu, ən əsası isə xalqın və dövlətin birliyi qələbəni şərtləndirdi. Xüsusi qeyd olunmalıdır ki, beynəlxalq müstəvidə də Azərbaycan öz haqq işini sübut edə bildi. Dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, diplomatik addımlar haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadı.
27 sentyabr Anım Günü, ilk növbədə, şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür. Dövlətin bu günü təsis etməsi onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onlar Azərbaycanın qəhrəmanlıq salnaməsini yazıblar.” Şəhid ailələri və qazilər dövlətin xüsusi diqqəti ilə əhatə olunublar. Onların sosial təminatı, tibbi xidmətləri, mənzillə və işlə təmin olunmaları artıq dövlət siyasətinin əsas prioritetlərindəndir. 27 Sentyabr – Anım Günü Azərbaycan xalqı üçün həm hüzn, həm də fəxr günü, qalib xalqın yaddaş günüdür. Bu gün biz şəhidlərimizi yad edərək, onların bizə bəxş etdikləri Qələbəni uca tutur, dövlətimizin gələcəyinə daha inamla baxırıq. Azərbaycan artıq qalib dövlətdir. Bu qalibiyyətin əsasında şəhidlərin qanı, xalqın iradəsi və dövlətin gücü dayanır. Ona görə də 27 sentyabr həm tarix, həm yaddaş, həm də gələcək yolumuz üçün mühüm mənəvi dayağa çevrilib-deyə E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2025, 09:56 Oxunub: 55
Bölməyə aid digər xəbərlər
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
21-08-2025, 19:52
Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib YENİLƏNİB
28-05-2025, 22:25
Laçında bayram ab-havası... - Video + Fotolar
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
8-11-2024, 13:11
Prezident Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB
29-02-2024, 13:07
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı
29-02-2024, 11:56
Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO