11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Göydəniz Qəhrəmanov: “Azərbaycan cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “yaşıl enerji dəhlizi” konsepsiyasını türk dövlətlərinin və Avropanın birgə layihəsinə çevirir”

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın təşəbbüsləri türk dünyasının artıq sadəcə mədəni və tarixi birliyə deyil, eyni zamanda iqtisadi, nəqliyyat və enerji inteqrasiyasına əsaslanan güclü geosiyasi məkan kimi formalaşmasına mühüm töhfələr verir. Dövlət başçısının səsləndirdiyi fikirlər TDT-nin gələcək fəaliyyətinin əsas istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi: strateji nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinin təminatı və iqtisadi əməkdaşlığın dərinləşməsi.”
Bunları aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan uzun illərdir ki, qlobal tranzit və logistika şəbəkəsində etibarlı tərəfdaş kimi tanınır: “Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmiz həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm halqasıdır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin ciddi şəkildə azalması Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyaların real nəticəsidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, regionun ən böyük yükdaşıma aviaşirkəti və doqquz beynəlxalq hava limanı ölkəmizin logistika imkanlarını daha da genişləndirir. Bu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edən strateji potensialdır. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması idi. Bu dəhliz, faktiki olaraq, türk dünyasını birləşdirən yeni nəqliyyat arteriyasıdır. O, həm Orta Dəhliz, həm də Şimal–Cənub marşrutunun ikinci istiqaməti kimi çıxış edəcək. Beləliklə, Azərbaycan həm coğrafi, həm də iqtisadi mənada Mərkəzi Asiya ilə Türkiyə arasında körpü rolunu gücləndirir. Bu layihə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında alternativ və təhlükəsiz logistika sisteminin formalaşmasına da töhfə verir.”
Sonda Göydəniz Qəhrəmanov cənab Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi məsələləri ilə bağlı yer almış fikirlərin önəmini xüsusi qeyd edib: “Bu gün Azərbaycan enerji sahəsində artıq təkcə regional lider deyil, həm də qlobal oyunçuya çevrilib. Ölkəmiz hazırda 14 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə bu sahədə birinci yerdədir. Şaxələndirilmiş enerji kəmərləri sayəsində Azərbaycan Xəzər regionunu Avropa bazarları ilə birləşdirən əsas strateji halqadır. Bu, yalnız iqtisadi üstünlük deyil, həm də siyasi məsuliyyət tələb edən bir mövqedir. Azərbaycan bu məsuliyyəti tam şəkildə daşıyır və enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edir. Dövlət başçısının çıxışında diqqətçəkən digər mühüm istiqamət yaşıl enerjiyə keçiddir. Günəş, külək və su elektrik enerjisi layihələri üzrə aparılan genişmiqyaslı işlər Azərbaycanın enerji siyasətinin müasir çağırışlara uyğunluğunu göstərir. Beləliklə ölkəmiz “yaşıl enerji dəhlizi” konsepsiyasını türk dövlətlərinin və Avropanın birgə layihəsinə çevirir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə sərmayə fondları yaratması da iqtisadi inteqrasiyanın mühüm nümunəsidir. Bu, yeni bir türk güc xəritəsinin formalaşması deməkdir. Qəbələdən verilən bu strateji mesaj təkcə bugünkü nəsil üçün deyil, həm də gələcək inteqrasiya mərhələsinin ideoloji təməlidir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-10-2025, 11:09 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
7-10-2025, 22:27
Səttar Möhbalıyev: "Türk birliyinin Qəbələ zirvəsi geosiyasi gücün yeni formulu oldu"
7-10-2025, 13:20
İlham Əliyev Qəbələdə Zirvə Görüşündə çıxış edib - TAM MƏTN - VİDEO
6-10-2025, 09:54
Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır
28-09-2025, 09:34
Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin BMT-də çıxışı qlobal əməkdaşlıq dövrünün manifestidir”
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
29-05-2025, 21:31
Göydəniz Qəhrəmanov: “Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə keçirilməsi mühüm siyasi önəm daşıyır”
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
21-05-2025, 16:17
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
8-07-2024, 09:43
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”
8-07-2024, 09:00
Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı: Şuşa mesajları Qərbdə çaşqınlıq yaradıb, müqavimət başladı
3-11-2023, 11:23
İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video