16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: "Gənclik dövlətin gələcəyi və Ulu Öndərdən Prezident İlham Əliyevə uzanan strateji və siyasi yolun uğurdur"

Tarixin bütün mərhələlərində gənclik cəmiyyətin aparıcı qüvvəsi, dəyişikliklərin lokomotivi, sabahın əsas ümid yeri olmuşdur. Müstəqil Azərbaycan dövləti isə gəncliyi sadəcə demoqrafik üstünlük kimi deyil, strateji resurs, milli təhlükəsizliyin, davamlı inkişafın və tarixi varisliyin əsas dayağı kimi qəbul edir. Bu yanaşmanın ideoloji və siyasi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident İlham Əliyev tərəfindən isə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilmişdir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyev: gəncliyə həmişə diqqətli olmuş, onlara inanmış və etibar etmişdir. Bildirmişdir ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Bu fikirlər təkcə bir çağırış deyil, dövlətçilik manifesti idi. 1993-cü ildə ölkəni xaosdan xilas edərək sabitliyə qovuşduran Ulu Öndər gəncləri bu sabitliyin qoruyucusu və daşıyıcısı kimi görürdü. Məhz bu baxış nəticəsində gənclər siyasəti dövlət siyasətinin prioritet istiqaməti elan olundu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı ilk sistemli idarəçilik mexanizmi idi. Ardınca qəbul edilən fərmanlar, proqramlar gənclərin ictimai-siyasi proseslərə cəlb olunmasını stimullaşdırdı, onların hüquqi statusunu möhkəmləndirdi. Ulu Öndərin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri də təhsil və insan kapitalı idi. Xarici ölkələrə tələbə göndərilməsi ənənəsinin bərpası, dövlət hesabına təhsil alan gənclərin sosial təminatı, “Prezident təqaüdü” kimi təşəbbüslər gəncliyə verilən real dəyərin göstəricisi oldu. 2003-cü ilə qədər artıq 40-a yaxın ölkədə minlərlə azərbaycanlı gənc təhsil alırdı. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu isə tarixi hadisə idi. Ulu Öndər həmin forumda gənclər qarşısında aydın və qəti vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu ideoloji xəttin davamı olaraq 2 Fevral – Azərbaycan Gəncləri Günü təsis edildi. Beləliklə, Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclərə ayrıca bayram həsr edən ilk dövlət oldu. Ulu Öndərin “Qızıl kitab”, “Dövlət gənclər siyasəti haqqında” Fərman, “Gənclər siyasəti haqqında” Qanun kimi təşəbbüsləri gənclər siyasətini təsadüfi addımlardan çıxarıb dövlətin hüquqi-siyasi strategiyasına çevirdi. Bu siyasətin ideoloji özəyi isə azərbaycançılıq və vətənpərvərlik idi.
Cənab Prezident İlham Əliyev isə güclü dövlətin güclü gəncliyi olmalıdır düşüncə və ideologiyası ilə bildirmişdir ki, “İndiki gənclər üçün imkanlar daha genişdir. Gənclər həm öz gələcəyini düzgün müəyyən etməli, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” Cənab Prezident İlham Əliyevin gənclər siyasəti əslində Ulu Öndərin müəyyən etdiyi ideoloji xəttin müasir inkişaf mərhələsidir. Bu mərhələnin əsas xüsusiyyəti gənclərin təkcə dəstəklənməsi deyil, idarəetməyə, qərarverməyə, qlobal rəqabətə hazırlanmasıdır. 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin cəmiyyətin bütün sahələrində fəallığını artırdı. Ardınca “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası çərçivəsində minlərlə gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazandı. 2022–2026-cı illər Dövlət Proqramı bu siyasətin davamlılığını təmin etdi. Azərbaycan Gənclər Fondu, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, könüllülər hərəkatı – bütün bunlar gənclərin potensialını üzə çıxaran institusional mexanizmlərdir. Bu mexanizmlər gənci passiv müşahidəçidən fəal vətəndaşa çevirir.
Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin formalaşdırdığı gənclər siyasətinin ən parlaq nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Ordunun ön cəbhəsində vuruşan, şəhidlik zirvəsinə ucalan, qazi olanların böyük əksəriyyəti müstəqillik dövründə yetişmiş gənclər idi. Onlar Ulu Öndərin ideyaları, cənab Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış vətənpərvər nəsil idi. Eyni zamanda informasiya müharibəsində sosial şəbəkələrdə üstünlük qazanan, Azərbaycanın haqq səsini dünyaya çatdıran da məhz gənclər oldu. Bu, artıq müasir müharibənin yeni cəbhəsində qazanılan Zəfər idi. Bu gün Azərbaycan gəncliyi rəqəmsal transformasiya, innovasiya, süni intellekt, yaşıl enerji kimi qlobal trendlərin fəal iştirakçısıdır. Dövlətin yaratdığı imkanlar gənclərin dünyagörüşünü genişləndirir, onları qlobal rəqabətə hazırlayır. Heydər Əliyev Fondu, dövlət proqramları, gənclər evləri və mərkəzləri bu prosesin sosial və mənəvi dayağıdır. Məqsəd isə milli kimliyinə sadiq, qlobal düşünən, dövlətinə bağlı gənclik yetişdirməkdir.
2 Fevral – Azərbaycan Gəncləri Günü sadəcə təqvim hadisəsi deyil. Bu gün Ulu Öndərin ideyalarının, cənab Prezident İlham Əliyevin strateji baxışının və Zəfər gəncliyinin rəmzidir. Azərbaycan gəncliyi artıq təkcə gələcəyin yox, bugünün də aparıcı qüvvəsidir. Dövlətin gücü onun gəncliyində, gəncliyin gücü isə dövlətinə olan inamında təcəssüm edir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-01-2026, 09:42 Oxunub: 27
Bölməyə aid digər xəbərlər
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
11-12-2022, 19:06
Eltun Süleymanov: "Heydər Əliyevin adı və əməlləri Azərbaycan gəncliyi üçün ideya mənbəyi, mübarizə strategiyasıdır"
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU