12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Kərim Tahirov: Biz Laçına qayıtdıq
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən şanlı Zəfərimizə gedən yoldan, 44 gündə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan bəhs etməmək mümkünsüzdür. 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimiz qanları, canları ilə tarix yazdılar. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın gücünün, qüdrətinin, rəşadətli Ordumuzun döyüş ruhunun, xalqımızın birliyinin təqdimatı oldu. Xalq-Prezident-Ordu birliyi, həmrəyliyi bir daha təsdiqləndi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. 44 günlük Vətən müharibəsi xalqımızın Liderinə güvəninin təqdimatı kimi də tarixə yazıldı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bu tarixi günün qeyd edilməsi üçün keçilən yolu təhlil etdikcə Ordumuzun döyüş ruhunun, Qələbə əzminin nə qədər böyük olduğunu görürük. Azərbaycanın torpaqlarını azad etməyə hazırlıq işlərinin tərkib hissələrindən biri məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaq, Vətən sevgisinin aşılanması idi. Azərbaycan gəncliyi göstərdikləri qəhrəmanlıqları ilə Vətənə, torpağa bağlılıqlarını nümayiş etdirdilər.
İki ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Laçın rayonu da həyatının yeni dövrünü yaşayır. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin-qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması ilə bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurd-yuvalarına qayıtmasına imkan yaranıb. "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" söyləyən Prezident İlham Əliyev çox keçmədi ki bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Zabux və Sus kəndləri Laçın şəhərinin mərkəzinə yaxın məsafədə yerləşir. Zabux inzibati ərazi vahidi kimi 4 kəndi - Zabux, Sus, Qızılca və Bəylik kəndlərini özündə birləşdirir. Vaxtilə bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Bu ərazilər 1992-ci ildə Ermənistan silahlı quldur birləşmələri tərəfindən işğal olunandan sonra Suriyadan, Livandan köçürülən ermənilər üçün yeni evlər tikilmiş, burada qanunsuz məskunlaşdırılma aparılmışdır. Bu isə hərbi cinayətdir, qanunsuz məskunlaşma Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır.
Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri on illərlə davam edən işğal müddətində qanunsuz məskunlaşdırılan erməni faşizmindən azad olunub. Onu da qeyd edək ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilmədən öncə, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-12-2022, 09:40 Oxunub: 97
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
29-10-2021, 13:49
Kərim Tahirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
16-01-2021, 03:08
Elman Qocayev -Zirvədən dünyaya səslənən Azərbaycan!
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU