10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Kamaləddin Qafarov: “Laçının işğaldan azad edilməsi Azərbaycanın böyük qələbəsi idi”

“İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntılara və talançılığa məruz qoyulmuş Azərbaycan rayonlarından biri də Laçın rayonu olub. Ermənistan silahlı qüvvələri Laçın dəhlizindən keçməklə 1992-ci il mayın 18-də rayonu işğal etmişdilər. Bu fakt Ermənistanla artıq mövcud olmayan “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaranmasını təmin etmişdi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 80 min nəfərə yaxın rayon sakini Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq 28 il ərzində məcburi köçkün həyatı yaşamağa məhkum olub.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat erməni işğalçılarının Laçın rayonunda törətdikləri hərbi cinayətlərdən bəhs edərək sözünə davam edib: “İşğal dövründə Laçın rayonu ərazisində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri erməni qəsbkarları tərəfindən tərəfindən talan olunub və tamamilə məhv edilib. İşğala qədər rayonda olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə misli görünməmiş vandalizmə məruz qoyulub. Rəsmi İrəvan işğal altında olan digər ərazilərimizdə olduğu kimi, Laçında da Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsinə nail olmuşdu. İşğalçılar əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə müşayiət olunan hərbi cinayətlər törətmişlər. Təəssüflər olsun ki, ermənilərin bu cinayətləri dünya ictimaiyyətinin gözü qarşısında törətmələrinə rəğmən, beynəlxalq təşkilatlar yenə də Ermənistana qarşı heç bir bəyanat və ya qətnamə qəbul etməmiş, Azərbaycanın hüquqlarının bərpası yönümündə heç bir addım atmamışdılar.”
K.Qafarov Laçın rayonunun işğaldan azad edilməsini Azərbaycanın böyük-həm hərbi, həm də diplomatik qələbəsi olduğunu vurğulayaraq deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğalçılardan təmizlədi. Laçının işğaldan azad olunmasının xüsusi bir özəlliyi də vardır ki, bu da rayonun qismən hərbi əməliyyatlar, qismən də danışıqlar yolu ilə azad olunmasından irəli gəlir. Məlumdur ki, 2020-ci il noyabrın 9-u, Vətən müharibəsinin sonuncu günü Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bundan sonra, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi”.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-12-2022, 10:11 Oxunub: 55
Bölməyə aid digər xəbərlər
30-11-2022, 09:00
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi
28-11-2022, 10:25
Eltun Süleymanov: Azad Laçın “Böyük Qayıdış”hazırlaşır
4-10-2022, 09:44
Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı... ”
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
29-08-2022, 13:02
Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir - FOTO
31-03-2022, 09:44
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI
17-02-2022, 11:14
Qaradağlı faciəsindən 30 il ötür
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:37
Acınacaqlı vəziyyətdə yaşayan məcburi köçkün ailəsi ilin sonunadək mənzillə təmin olunacaq - RƏSMİ AÇIQLAMA
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib