İlk öncə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, Ümummmilli liderə göstərilməli olan diqqətin bariz nümunəsidir.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. O, dövlət təhlükəsizliyi sistemində yüksək vəzifə tutmuş və general rütbəsini almış ilk azərbaycanlı olmuşdur.1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi və respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrınadək o, həmin vəzifəni tutmuşdur. Bu 14 il iqtisadiyyat, mədəniyyət və Azərbaycan xalqının milli özünüdərkinin inkişafına böyük təsir göstərmiş əvəzsiz illər olmuşdur. Bu dövrdə Heydər Əliyev siyasi xadim kimi geniş tanınmışdır. 1982-ci ilin dekabrında Heydər Əliyev keçmiş SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunmuş .Müəyyən siyasi qarşıdurmalar və fikir ayrılığı nəticəsində 1987-ci ildə Heydər Əliyev istefa verərək Siyasi Büronu və Nazirlər Sovetini tərk etmişdir.1990-cı ildə sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilən 20 yanvar hadisəsindən dərhal sonra Heydər Əliyev törədilmiş vəhşilikləri pisləmiş və bu hadisədə günahı olan bütün şəxslərin cəzalandırılmasını tələb etmişdir. 1993-cü il oktyabrın 3-dən 2003- cü il 12 dekabr tarixinə kimi Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsini layiqincə icra etmişdir. Heydər Əliyev bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçirilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş sosial təminat hüququnun həyata keçirilməsinin qarantı kimi qarşıya qoyduğu həlli vacib məsələlərdən biri də sosial ədalət prinsipinin bərqərar olması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsidir. Pensiyaçıların, o cümlədən ahıl vətəndaşların, əllilərin, şəhid ailələrinin, habelə uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar imzalanmış, onların işləmə mexanizmi təmin edilmişdirAzərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. Dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 19 ili tamam olur. Bu münasibətlə xalqımız öz müdrik liderini yad edir. Ruhu şad olsun!
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
tarix müəllimi Suqra Novruzova
Bölməyə aid digər xəbərlər