12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
09:32 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
09:21 / 20-11-2024
"Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
09:15 / 20-11-2024
Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
09:11 / 20-11-2024
Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
Zəlzələ ilə başlayıb Qəzza ilə bitdi...
2023-cü il artıq başa çatmaq üzrədir. Geridə qoyduğumuz il dünyanın müxtəlif hissələrində bir sıra münaqişə, eskalasiya, humanitar, texnogen xarakterli və təbii fəlakətlərlə yadda qaldı.
“Qafqazinfo” bu il dünyanın gündəmində olan və milyonlarla insanın həyatına təsir edən ən önəmli hadisələri təqdim edir:
Fransada pensiya islahatına qarşı kütləvi etirazlar
Yanvarın 19-u Fransada pensiyaya çıxma yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahata qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etiraz aksiyaları hökumətin rəsmi həmkarlar ittifaqlarının liderləri tərəfindən təşkil edilmişdi. Kütləvi etiraz və tətillərə baxmayaraq, martın 11-i parlamentin yuxarı palatası hökumətin qanun layihəsinin lehinə səs verib. Martın 16-sı isə Fransanın Baş naziri Elizabet Born pensiya islahatının Milli Assambleyada yekun səsvermə keçirilmədən qəbul edildiyini elan edib. Ümumilikdə ölkənin əksər şəhərlərində keçirilən etirazlar zamanı milyonlarla etirazçı iştirak edib.
Türkiyə və Suriyada zəlzələ
Fevralın 6-sı Türkiyə ərazisində 7,6 və 7,8 bal gücündə iki güclü zəlzələ baş verib. Zəlzələ Suriyanın şimal hissəsinə də təsirsiz ötüşməyib. Təbii fəlakət nəticəsində Türkiyədə 48 mindən çox insan həlak olub, 11 mindən çox insan isə xəsarət alıb. Suriyada isə təqribən 4 min nəfər zəlzələnin qurbanı olub. Eyni zamanda, yeraltı təkanlar səbəbindən təqribən 105 min binaya zərər dəyib.
Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhasekinin ən son açıqlamasına görə, zəlzələnin vurduğu ziyan 110 milyard dollar təşkil edib. Bunun Türkiyə tarixində ən ağır təbii fəlakət olduğu hesab edilir. Zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan da daxil olmaqla, onlarla ölkənin xilasediciləri iştirak edib.
Çin sədri Si Cinpinin Rusiyaya səfəri
Martın 20-22-si Çin sədri Si Cinpinin Rusiyaya üçgünlük səfəri dünyanın izlədiyi siyasi hadisələrdən biri olub. Bu, Çin sədrinin öz postuna yenidən seçilməsindən sonra ilk xarici səfəri idi. Bu zaman Çin tərəfi bu səfərin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və qlobal strateji sabitlik üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı.
Finlandiyanın NATO-ya üzv olması
Finlandiya aprelin 4-ü NATO-nun 31-ci üzvü olub. Həmin gün Brüsseldə alyansın Baş Qərargahının qarşısında ölkə bayrağı qaldırılıb. İlk olaraq, Finlandiya öz ərazisində NATO hərbi bazasının və obyektinin yerləşdirilməyəcəyini bildirsə də, dekabrda ölkə ABŞ-lə müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Bu sazişə əsasən isə, Finlandiyanın bir sıra obyektləri amerikalı hərbçilər üçün əlçatan olacaq.
Sudanda eskalasiya
Aprelin 15-i Sudanda uzun illərdir davam edən siyasi böhran ordu və Çevik Dəstək Qüvvələri arasında açıq hərbi münaqişəyə çevrilib. Bu zaman Sudan ordusuna Abdel Fəttah əl-Burhan, Çevik Dəstək Qüvvələrinə isə Məhəmməd Həmdan Daqlo başçılıq edib. Tərəflər arasında paytaxt Xartumda başlayan qarşıdurma ölkənin digər bölgələrinə də yayılıb. Sudanda olan əcnəbilər kütləvi qaydada ölkəni tərk etməli olub. Beynəlxalq ictimaiyyətin münaqişəni nizamlamaq və davamlı atəşkəsə nail olmaq cəhdləri indiyə qədər hələ ki uğurla nəticələnməyib. Son 6 ay ərzində münaqişə tərəfləri bir sıra məsləhətləşmələr keçirsələr də, əldə edilən razılaşmaların heç biri sona qədər yerinə yetirilməyib.
Britaniya kralı III Çarlzın tacqoyma mərasimi
Britaniya kralı III Karlın tacqoyma mərasimi cari il mayın 6-sı baş tutub. Kraliça II Elizabet 2022-ci il sentyabrın 8-i dünyasını dəyişdikdən sonra taxt kraliçanın 73 yaşlı oğlu, Uels Şahzadəsi Çarlza miras qalıb. O, taxt-tac adı olaraq III Karl adını götürüb. O, sentyabrın 10-u kral elan edilmişdi.
“Titan” sualtı qayığının qəzaya düşməsi
İyunun 18-i “Titan” adlı sualtı qayıq Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya düşdüyü yerə apararkən itib. Sualtı qayıqda 5 nəfər olub. Burada söhbət “Blue Origin” raketi ilə kosmosa uçan 58 yaşlı britaniyalı milyarder və səyyah Hemiş Hardinq, “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş, 48 yaşlı britaniyalı iş adamı Şahzad Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Pol-Anri Narqoledən gedir.
Səyahət “OceanGate Expeditions” şirkəti tərəfindən təşkil edilib.
Hadisədən 4 gün sonra ABŞ Sahil Mühafizə bölməsi qayığın qalıqlarını aşkar edib. Belə məlum olub ki, “Titan”ın göyərtəsində partlayış baş verib, onun içərisində olan insanlar isə həmin andaca həlak olublar. Onların cəsədləri hələ də aşkar edilməyib. KİV-in məlumatına görə, “Titan”da baş verən hadisənin səbəblərinin araşdırılması 18 aydan 24 aya qədər davam edə bilər.
Nigerdə hərbi çevriliş
İyulun 26-sı Nigerin Milli Qvardiyasının əsgərləri ölkə Prezidenti Məhəmməd Bazumu saxlayıb. Digər bir qrup hərbçi isə Prezidentin devrildiyini elan edib, ölkə sərhədlərini bağlayıb, dövlət müəssisələri fəaliyyətini dayandırıb və komendant saatı tətbiq edib. Eyni zamanda Nigerdə Vətənin mühafizəsi üzrə Milli Şura yaradılıb və şura iyulun 28-i prezident qvardiyasının komandanı general Əbdurrəhman Tçianini keçid hökumətinin rəhbəri elan edib. Qeyd edək ki, bu, Nigerin 1960-cı ildə müstəqillik əldə etməsindən sonra 5-ci hərbi çevriliş olub.
Qəzza zolağında İsrail-HƏMAS arasında qarşıdurma
Oktyabrın 7-si Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağından İsrail ərazisini atəşə tutub. Fələstin-İsrail arasında vəziyyətin gərginləşməsinin ardınca İsrail HƏMAS-a qarşı “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Eskalasiya zamanı 1300-dən çox israilli öldürülüb, təqribən 250 nəfər isə girov götürülərək Qəzzaya aparılıb.
İsrailin hava hücumları və quru əməliyyatı nəticəsində isə Qəzza zolağında 14 mindən çox fələstinli ölüb, 7 min nəfər itkin düşüb. Həmçinin hərbi əməliyyat zonasında BMT-nin 100-dən çox əməkdaşı həlak olub.
Ekspertlərin fikrincə, Fələstin-İsrail qarşıdurması ümumilikdə Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Beynəlxalq ictimaiyyət dərhal atəşkəs rejiminin tətbiq edilməsinə və Qəzzada humanitar əməliyyata başlamağa çağırış edir.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-12-2023, 12:50 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
1-09-2023, 10:00
Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir
26-08-2023, 09:00
Mehriban Əliyevanın doğum günüdür
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
16-11-2022, 15:33
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:
8-11-2022, 13:47
Prezident xanımı və oğlu ilə Şuşada - Fotolar
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
14-04-2021, 11:53
Sahil Babayev büdcəni talayan minlərlə insanı aşkarladı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO