16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Xosrov Musayev: Müzəffər Ali Baş Komandan Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev - Xocalı Soyqırımı Memorialı faciə ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra istər bayramlarımızı, istərsə də faciələrimizi tamamilə fərqli bir şəkildə qeyd edirik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 1992-ci il fevralın 26-sına keçən gecə Xocalı faciəsini törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər. Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin bu niyyəti baş tutmadı. Torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhidlik zirvəsinə yüksəlməyə hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala 44 gündə qəhrəmanlıqla son qoydu.
Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi kimi dəyərləndirilir. 30 il Azərbaycan əksər dünya güclərindən ədalət gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpası 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər ki. ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də sonda zəfər calan yenə də ədalətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz dünya güclərinin 30 ildə edə bilmədiklərini 44 gündə etdi. Baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistana dəstək verən dövlətlər belə rəy yaratmağa çalışırdılar ki, münaqişənin hərb yolu ilə həlli mümkünsüzdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, buna 30 il vaxt lazım olsa da, bu illər ərzində Azərbaycan hər bir sahədə uğurlu inkişafa nail oldu, daha da gücləndi, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Dünyanın əksər aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti Azərbaycan dövlətini, xalqımızı ruhdan salmadı, əksinə daha da irəli gedərək atdığı addımları ilə Qarabağ münaqişəsinin həllinin hər an yaxınlaşdırdı.
44 günlük İkinci Qarabağ müharibəsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, bu torpağımız azad olunmadan biz sakitləşə bilməzdik.
Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylərini daha da artırdı. Hər bir məsələnin həllində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan yenə də bu məsələni sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan və ona havadarlıq edən dövlətlər hər vəchlə buna mane olmağa çalışdılar. İşğalçı dövlət Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi haqqında düşünmədi. Əksinə törətdiyi hərbi təxribatlarla vəziyyəti daha da gərginləşdirməyə cəhd göstərdi. Bütün bunların nəticəsində antiterror tədbirlərinin keçirilməsi qaçılmaz oldu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Həmin ilin 15 oktyabr tarixində Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı.
Bu mühüm addım Xocalı faciəsi ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Dövlətimizin “Xocalıya ədalət!” çağırışı dünya gücləri tərəfindən cavabsız qaldı. Baxmayaraq ki, 18 ölkə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanıyıb, lakin onların arasında böyük dövlətlərin adının olmaması, beynəlxalq təşkilatların məsələyə biganə yanaşmaları diqqətdən kənarda qala bilməz. Hansı ki, həmin dövlətlər yeri gəldi-gəlmədi digər ölkələrə “ədalət və beynəlxalq hüquq” dərsi keçirlər. “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır” söyləyən dövlət başçısı İlham Əliyev Xocalı şəhərində memorial kompleksin tikintisi ilə bağlı məsələyə də xüsusi diqqət yönəltdi. Bununla bağlı layihənin çoxdan hazır olduğunu və bunun üçün yer Bakıda də müəyyənləşdirildiyini bildirən cənab İlham Əliyev onun tikintisi ilə əlaqədar tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlət başçısının, Azərbaycan xalqının Xocalıya qayıdacağımıza əminlikləri idi. Həmin memorial kompleksin təməlinin məhz fevralın 26-da Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq, yaralarımız sağalmasa da bu qayıdış hər birimizi qürurlandırır.
Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə görülən bərpa-quruculuq işləri ilə tanış oldu. Dövlət başçısı ictimaiyyət nümayəndələri ilə görüşündə bu hədəfi açıqladı ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalı, həm Xankəndi, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri bərpa ediləcək.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıdan bəyan etdi: “Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 26-02-2024, 15:29 Oxunub: 49
Bölməyə aid digər xəbərlər
24-02-2024, 17:59
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Ramsin Abdullayev
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
27-02-2023, 11:25
Fateh bey: Bütün gönderilerinizi Kargo Can olarak tüm Türkiye'ye HIZLI ve GÜVENLİ TESLİMAT olarak ulaştırıyoruz
25-02-2023, 17:44
Xocalı xalqımızın qan yaddaşıdır
24-02-2023, 00:38
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib
23-02-2023, 10:14
Rövşən müəllim: Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
25-02-2022, 15:30
Xocalı əsirinin tükürpədən xatirələri: "Ürəyim dayanıb, götürüb küçəyə atıblar" - MÜSAHİBƏ/VİDEO
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO