09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Bu şəxslərin BAŞI DƏRDDƏ - Görün nə ediblər...

Antiinhisar Dövlət Xidməti internet xidmətləri bazarında “kartel sövdələşməsi” ilə bağlı araşdırmalara başlayıb; Osman Gündüz: “İlk dəfə rəsmi olaraq sərt yanaşma gördüm”
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin internet xidmətlərinin minimum tariflərini yüksəltməsinə dair xəbərlər yer alır, məsələ ilə əlaqədar Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olur.
Belə ki, internet provayderlərinin nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərini 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzləyəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.
Kütləvi informasiya vasitələrində yer alan məlumatların, Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərini müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin kollektiv əsaslarla müəyyən etdiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlər təyin etdiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderlərinin əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçirəcəyinin ilkin əlamətləri müşahidə olunur.
Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də məcəllə ilə qadağan olunur.
Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb, bazar iştirakçılarına sorğu məktubları ünvanlayıb, bir sıra görüşlər keçirib və onlardan müvafiq məlumatlar istəyib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Osman Gündüz — Vikipediya
Osman Gündüz
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Antiinhisar Dövlət Xidməti minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib: "İlk dəfə rastlaşdım ki, Antiinhisar Dövlət Xidməti rəsmi açıqlamasında “kartel sövdələşməsi” ifadəsi işlədib.
Həmçinin açıqlamada təqdim olunan internet tariflərində “seçim imkanlarının məhdudlaşdırıldığı” qeyd edilib. Bildirim ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir.
Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də məcəllə ilə qadağan olunur. Antiinhisar Dövlət Xidməti araşdırmalar aparıldığını, nəticəsindən asılı olaraq qərar qəbul ediləcəyini bildirib. İKTA-dan hələ xəbər yoxdur".
O.Gündüz internet qiymətinin bahalaşmasına da sərt münasibətini bildirib: “Eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş iki il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa şərikli internet olacaq? Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb.
Son iki ildə “Aztelekom” və “Baktelecom” dövlət operatorlarının qiymət siyasəti aşağıdakı kimi olub :
2022-ci ilədək olan dövr
4 Mb/s - 10 manat
10 Mb/s - 12.5 manat
2022-ci ilədək olan dövr
15 Mbit/s - 15 manat
30 Mbit/s - 18 manat
2023-ci ilədək olan dövr
40 Mbit/s - 18 manat
2024, 15 avqust
100 Mbit/s - 25 manat
Burada reallıq nədən ibarətdir?
Öncə qeyd edim ki, əlçatanlıq baxımından, biznes və inkişaf baxımından, rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb.
Amma əhalinin xeyli hissəsinin hələlik yüksək sürətə ehtiyacı yoxdur.
Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.
Regionlarda, xüsusələ də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi.
Ötən ildən isə “Aztelekom” bu minimal sürəti 50 faiz 1qaldırıb 18 manat (40 Mbit/s) etmişdi.
İndi isə “Aztelekom” yenidən bu minimal tarifi 40% qaldıraraq 25 manat etməyi düşünür. Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməti son iki ildə toplam 100 faiz qalxıb.
Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək çün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir.
AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki, müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tarifləri əvvəlki qaydada saxlanılsın. Antiinhisar və İKTA, gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi iki dəfə qaldırıb. İstehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. “Aztelekom” da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır.
Tələbatı olmadığı halda, bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir? Nə baş verəcək?
Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq.
Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz hal olacaq. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görünəcək".
Bölməyə aid digər xəbərlər

Tarix: 16-08-2024, 09:09 Oxunub: 76
Bölməyə aid digər xəbərlər
15-08-2024, 11:57
Ölkədə internet kəskin bahalaşdı - YENİ QİYMƏT
6-08-2024, 13:03
“Lion Centre” MMC-nin direktoru Prezidentə və qurumlara Gömrükdə baş verən özbaşınalıqla bağlı müraciət etdi
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
8-06-2023, 10:49
Vüqar Əhmədov “Azərişıq” ASC-nin hər tenderindən nə qədər pul “qatdalayır” – II yazı
10-04-2023, 10:22
“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edildi
4-05-2022, 14:11
Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA
19-03-2022, 11:34
Un bazarında qiymət artımına RƏSMİ MÜNASİBƏT
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 12:27
Bakıda şirkət müştərilərinin oğurlandığını və haqsız rəqabət aparıldığını iddia edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
11-07-2020, 14:43
AQTA əməkdaşları 73 obyektdə pozuntular aşkarladı - FOTO
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU