16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Əli Hüseynov: Yüksək standartlara cavab verən müasir xəstəxanada peşəkar həkimlər və tibb işçiləri usanmadan xalqa xidmət edirlər
Ağsu Rayon Mərkəzi Xəstəxanası Ağsuda insanların ən çox müraciət etdiyi bir dövlət qurumudur. Xəstəxananın İcbari Tibbi Sığortaya keçidi əhaliyə xidməti daha da şəffaflaşdırdı. Müraciət edən insanlar lazımı həkimlərə yönəldilir, həkim məsləhət bildikdə isə USM-dən, laborotoriyadan pulsuz şəkildə istifadə edirlər. Vətəndaşların problemləri diqqətlə dinlənilir, onlara uyğun müayinə və müalicə tədbirləri həyata keçirilir. Yüksək standartlara cavab verən müasir xəstəxanada peşəkar həkimlər və tibb işçiləri usanmadan xalqa xidmət edirlər.
Xəstələr dövlət tərəfindən onlara ayrılan dərman peraparatları ilə mütəmadi təmin olunur. Bundan əlavə zaman zaman əlilliyi olan insanlara lazımı vasitələr dövlət tərəfindən verilir. İstər onlara ayrılan dərmanların istərsə də digər ləvazimatların alınmasında vətəndaş hər hansı bir çətinliklə qarşılaşmır.
Xəstəxanada hər həftənin çərşənbə günü İcbari Sığorta Dövlət Agentliyi tərəfindən komisiya təşkil olunur. Vətəndaşlara əlillik dərəcəsinin verilməsi ilə yanaşı onların bütün problemləri ilə yaxından maraqlanılır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının belə qüsursuz fəaliyyət göstərməsində heç şübhəsizki, əvvəllər direktor müavini olmuş, daha sonra isə Ağsu Rayon Mərkəzi Xəstəxanası publik şəxsin direktoru təyin olunan Əli Hüseynovun rolu danılmazdır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov - Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.Dövlətimizin başçısına və birinci xanıma şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr uğurla icra olunub.
Diqqətə çatdırılıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfərözünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.
Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-09-2021, 12:04 Oxunub: 128
Bölməyə aid digər xəbərlər
31-08-2021, 11:44
Phd Dilqəm Məhərrəmov: Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir
30-08-2021, 14:36
Çingiz İbadullayev: Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
12-07-2021, 11:09
"Bilmirəm, bu xidmət də pulludur ya yox” - GİLEY
9-07-2021, 10:06
“Patı” dəhşəti: Qadınlar arıqlamaq üçün “ağ ölüm”ü seçir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 17:55
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 16:05
Verilən qərarların hirsini onlardan çıxmayın!
10-07-2020, 10:42
Koronavirusdan sağalan Şəhla Novruzova: “Boğulurdum və ayaq üstə dayana bilmirdim” - MÜSAHİBƏ
10-07-2020, 10:26
“Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU