09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Məhi Həsənov: Heydər Əliyev Fondu bu gün Cənubi Qafqaz regionunda ən böyük təşkilat kimi çoxşaxəli, xoşməramlı, qurucu fəaliyyətini uğurla davam etdirir

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Cənubi Qafqaz regionunda ən böyük təşkilat kimi çoxşaxəli, xoşməramlı, qurucu fəaliyyətini uğurla davam etdirir. Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli fəaliyyəti, müxtəlif sahələri əhatə edən layihələrin reallaşdırılması, heç şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar nöqteyi-nəzərdən böyük önəm daşıyır. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, erməni yalanlarının ifşasına, milli maraqların dünya arenasında qorunmasına öz töhfəsini verir”. Bu fikirləri Abşeron rayonunun Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov deyib.
Cənubi Qafqazın ən böyük xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən layihələr, həmçinin xalqımızın mənəvi dəyərlərinin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərlik ruhunda yetişməsi baxımından çox mühüm əhəmiyyətə malikdir: “Bununla yanaşı, Fondun multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiq hal kimi ölkəmizdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Çox mühüm məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən quruculuq işlərinin görülməsi, tarixi, dini və mədəni abidələrin bərpasıdır. Prezident İlham Əliyev fevralın 13-də Ağdama səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə tarixi, dini-mədəni irsin və abidələrin bərpasından bəhs etdi. Artıq mart ayından başlayaraq məsciddə təmir-bərpa işlərinə start veriləcək. cənab Prezident vurğuladı ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Fondun rəhbəri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”.
Görülən işlər xüsusilə tarixi irsin qorunması, milli mədəni-mənəvi dəyərlərin bərpası, Böyük Qayıdış prosesinin və məskunlaşmanın təmin olunması baxımından çox önəmlidir: “İşğaldan azad edilmiş ərazilərdə başlanılan işlərə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də dəvət olunması, bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislərin iştirakı qarşıya qoyulan hədəflərin zamanında və yüksək səviyyədə reallaşmasına imkan verir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi isə Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Bunlarla yanaşı, Fond tərəfindən bəhs olunan ərazilərdə tarixi və mədəni abidələrin bərpası milli mədəniyyətimizin qorunması, dəyərlərimizin, ənənələrimizin yeni və gələcək nəsillərə çatdırılması üçün böyük önəmə malikdir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, Molla Pənah Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldılması və digər faktlar bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal və mühüm rol oynaması isə xüsusi qeyd edilməlidir”.
Heydər Əliyev Fondunun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir: “Mehriban xanımın bilavasitə təşəbbüsü ilə Fond tərəfindən Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu tədbirlər - görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalararası dialoqun inkişafına töhfəsi kimi də dəyərləndirilir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına, müsbət beynəlxalq imicinin güclənməsinə, xalqlararası əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Bu, həmçinin Azərbaycan reallıqlarının təbliği olmaqla yanaşı, xalqımıza, dövlətimizə qarşı qara piar kampaniyasının iflasa uğradılması baxımından da vacibdir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-02-2022, 10:33 Oxunub: 131
Bölməyə aid digər xəbərlər
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür