16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)31 Mart - Azərbaycanlıların Soyqırımı Günüilə bağlı onlayn tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
Öncə 1918-ci ilin mart-aprel aylarındaazərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AHİK sədri, Milli Məclisin deputatıSəttar Möhbalıyevçıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışıb.
Bildirib ki,Gülüstan və Türkmənçay müqavilələrindən sonra məqsədli şəkildə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başladığı vaxtdan onlar soyqırımılarına əl atmışlar: “İrəvan, Naxçıvan və Qarabağada məskunlaşdırılan ermənilər havadarlarının köməyi ilə “Erməni vilayəti” yaratdılar. Bu süni ərazi bölgüsü ilə bilavasitə azərbaycanlıların öz torpaqlarından çıxarılması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Ardınca “böyük Ermənistan” xülyası ortaya atıldı. Bu qondarma ideyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”.
AHİK sədri vurğulayıb ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədərYəhudibacı və qardaşlarımız erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.
Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.
Onun sözlərinə görə, Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd olunub”.
Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir”.
“Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkirli əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı.Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi”, - deputat qeyd edib.
AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək: “Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaqvə orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni tikilən obyektlərin açılışlarını ediblər. Görülən işlər bir daha onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaq”.
Sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tarix üzrə fəlsəfə doktoruVahid İsmayılovermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixi və məqsədini, bu siyasətin acı nəticələrini, ermənilərin məkrli əməllərini, 1918-ci il mart soyqırımının törədilməsinin əsl səbəblərini xronoloji ardıcıllılqa ətraflı izah edib.
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədriHabil Qurbanovvə “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədriAsif Abbasovermənilərin xalqımıza qarşı torətdiyi soyqırımılar haqqında fikirlərini bölüşüblər.
Tədbirin yekununda S.Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb.
AHİK sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə regionun lider dövlətinə çevrilib və bu nailiyyətlərin kökündə xalqımızın sarsılmaz birliyi dayanır.
S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-03-2022, 16:33 Oxunub: 81
Bölməyə aid digər xəbərlər
29-03-2022, 16:09
YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. - FOTOLAR
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
29-03-2022, 09:30
Rüstəm Nağıyev: “1918-ci ilin mart hadisələri bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir”
29-03-2022, 09:00
Aqiyə Naxçıvanlı: “1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir”
28-03-2022, 13:57
Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
4-03-2022, 10:00
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
14-01-2022, 00:30
Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb
5-11-2021, 11:28
Parlamentdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
26-07-2020, 16:57
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi - FOTO
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır