09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR

Məlumdur ki seçkilər cəmiyyətin inkişaf dinamikasını müəyyən edən və yeniləşmə, ideoloji inkişaf, cəmiyyətdə təbəddülat üçün meyarlardan biridir. Bu mənada 2018-ci il seçkiləri müstəsna əhəmiyyətə malikdir. Belə ki ölkəmizin müstəqillik qazandığı vaxtdan 2003-cü ilə qədərki 2 mərhələ müxtəlif siyasi hadisələr fonunda cərəyan etmiş tənəzzül və tərəqqi dövrləri kimi tarixə daxil olmuşdur. Ulu Ömndər Heydər Əliyevin rəhbərliyi ilə tərəqqi dövrünün əsası qopyulmuş, iqtisadi və siyasi sferada güclü dayaqlar yaradılmışdır. 2003-cü ildən 2018-ci ilə qədərki mərhələ davamlı inkişaf yüksəliş mərhələsinə qədəm qoymuş, məhz bu ildə keçirilən Prezident seçkilərinin taleyi də bu inkişaf və yüksəlişlə şərtlənmişdir.
2018-ci ildə keçirilən seçkilər ciddi rəqabət, kifayət qədər namizədlərin olması Yeni Azərbaycan partiyasının Sədri cənab İlham Əliyevin yenidən prezident seçiləməsinə mane ola bilməmişdir. Çünki tam demokratik şəraitdə keçirilən seçkilərdə respublika üzrə səsvermə hüququ olanların 74.3%-nin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən bu seçkilərdə seçicilərin 86.02%-i nə şirin vədlərə, nə də utopik xəyallara deyil, birmənalı olaraq ölkəni inkişafa, yüksəlişə aparan, bunu əməlində və işində sübut etmiş şəxsə səs verdilər. Keçirilən seçkilərin nəticələri xarici ekspertlərin, “exit-poll” keçirən təşkilatların proqnozları ilə üst-üstə düşmüşdür. Seçkiləri izləyən müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyalarının rəylərində bu fikir xüsusi qeyd olunmuşdur ki, son prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı bir daha nümayiş etdirmişdir.
Ümumiyyətlə, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini alaraq möhtəşəm və inamlı qələbə qazanması, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişafla, əhalinin sosial rifah halının yaxşılaşması ilə birbaşa bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası da bu seçkilərdə öz üzərinə düşən vəzifənin öhdəsindən çox qısa zamanda və yüksək keyfiyyətlə gələrək uğurlu seçki kampaniyası aparmışdır.
Bunu mətbuata verdiyi açıqlamasında AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev deyib.
Millət vəkili qeyd etmişdir ki, “ Xalqın böyük dəstəyi İlham Əliyevin xalq iradəsinə söykənən fəaliyyətini yeni mərhələdə daha da inkişaf etdirməsinə imkan vermişdir: “2003-2018-ci illər ərzində həyata keçirilmiş xarici siyasətin uğurlu nəticələri. Ölkənin getdikcə artan nüfuzu, bölgədə əsas söz və güc mərkəzinə çevrilməsi cənab prezidentin müxtəlif beynəlxalq təşkilatların tribunasından qətiyyətlə çıxış etməsinə, dünya güclərini fakt qarşısında qoymaqla, xalqımızın haqq səsinin beynəlxalq müstəvidə eşidilməsinə nail olmuşdur.
Seçkilərin nəticəsi göstərdi ki marginallaşmış antimilli qruplaşmalar, xarici qrantlar hesabına fəaliyyət göstərən, xalqın iradəsi ziddinə hərəkət edən ünsürlər tarixin zibilliyinə gömülməklə öz təsir rıçaqlarından tam və birmənalı olaraq məhrum olmuşlar. 15 il ərzində demokratik institutların və təsisatların ardıcıl, təkamül yolu ilə inkişafı real tarixi hadisəyə çevrilmiş, Azərbaycan xalqı öz taleyinin sahibi olmaq kimi çətin bir tarixi mərhələni uğurla başa vurmuşdur.
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrinin müəllifi olan cənab İlham Əliyevin davamlı inkişaf məntiqinə əsaslanan bu siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb.
2003-2018-ci illər ərzində ölkədə azad sahibkarlığın inkişafı üçün hüquqi baza yaradılmaqla, bu sahəyə xüsusi diqqət göstərilmiş, güzəştli şərtlərlə sahibkarlara verilən 2 milyarad manatlıq kreditlər hesabına minlərlə yeni müəssisə yaradılmış, qeyri-neft sektorunun inkişafına nail olunmuşdur.”
Millət vəkili qeyd etmişdir ki, “15 il ərzində Azərbaycançılıq məfkurəsi, milli maraqların qorunması və inkişaf etdirilməsi ideyası ölkədə tam bərqərar olmaqla ordu quruculuğu sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. 2016-cı il aprel döyüşlərinin nəticələri bunun bariz nümunəsi oldu. Həmin illər ərzində ölkədə həyata keçirilən böyük infrastruktur layihələrin yerinə yetirilməsi nəticəsində Azərbaycan eneji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilmiş, Bakı –Tbilisi-Ərzrum, “Cənub Qaz Dəhlizi”, onun bir qolu olan Trans Anadolu (TANAP)qaz xətlərinin açılışı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə olmaqla yanaşı, onun rtegionda söz sahibinə çevrilməsində mühüm vəsilə olmuşdur.
Ölkə daxilində quruculuq, abadlıq işləri geniş vüsət almış, 15 min kilometr yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 7 aeroport tikilmişdir. Komunikasiya əlaqələrinin yaxşılaşdırılması və genişlənməsi sayəsində logistika imkanları genişlənmiş. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafı təkcə bir sektordan asılı olmaqdan xilas olmuşdur. Milli iqtisadiyyatın modernləşdirilməsi, ölkəyə ən qabaqcıl texnologiyaların cəlb edilməsi, Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübənin tətbiq olunması, bütün sahələrdə peşəkar kadrların hazırlanması və beləliklə də ölkənin resurs potensialının tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsi təmin edilmiş və bununla da regional və ümumi iqtisadi inkişafın bazası yaranmışdır.
Qeyd edilənlərin nəticəsi olaraq keçid dövrü arxada qalmış, ölkəmiz milli iqtisadiyyatın davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Yuxarıda qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil etmişdir.
Qeyd edilən tərəqqi, iqtisadi inkişaf, insanların sərbəst, əmin-amanlıq şəraitində yaşaması, cəmiyyətin rifah halının getdikcə yaxşılaşması fonunda keçirilən 2018-ci il seçkilərinin nəticəsi də cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə adekvat olmuş, xalq öz liderinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli prezıdenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar ölkə başçısının daim xalqın mənafeyindən çıxış etdıyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir. Cənab Prezident işi və əməli ilə bir daha sübut etmişdir ki o, iqtisadi yüksəliş dövrünün memarıdır. Azərbaycan xalqının 2018-ci il 11 aprel tarixli uzaqgörən seçimi də məhz bu reallıqla şərtlənmiş, ölkə vətəndaşları hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. ”
Bölməyə aid digər xəbərlər

Tarix: 6-04-2022, 09:52 Oxunub: 142
Bölməyə aid digər xəbərlər
4-04-2022, 09:00
Qara Abdullayev: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf hədəflərinə doğru qətiyyətlə addımlayır
4-04-2022, 10:35
Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib
2-04-2022, 10:51
2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir
1-04-2022, 18:49
Rüstəm Nağıyev: “2018-ci ildə Azərbaycan xalqı yenidən davamlı inkişafa və siyasi sabitliyə səs verdi”
20-03-2022, 14:26
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU