10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Rüstəm Nağıyev: “Azərbaycan və Litva arasında əməkdaşlığın inkişafı üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir”

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana rəsmi səfərə gəlişi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.
Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yer tutur. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək. Dövlət başçılarının görüşü zamanı nəqliyyat sektorunda əməkdaşlıq məsələləri də müzakirə olunub. Prezident İlham Əliyevin dediyi kimi, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda bunun üzərində uzun illər işləyib və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Bu, əslində regionun yeni nəqliyyat xəritəsidir.
Dövlət başçımızın öz çıxışında toxunduğu daha bir vacib məqam bu oldu ki, Litvanın Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Eyni zamanda da Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Dövlət başçısının dediyi kimi, hazırda Azərbaycan və Avropa İttifaqı arasında. Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, hər an bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət formalaşdırmaq niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 23-05-2022, 09:16 Oxunub: 173
Bölməyə aid digər xəbərlər
21-05-2022, 09:28
Kamaləddin Qafarov: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir”
20-05-2022, 11:21
Aqiyə Naxçıvanlı: Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə çox böyük dəstəkdir
20-05-2022, 11:13
Rüstəm Nağıyev: “Əlverişli investisiya mühiti Azərbaycan və Litva arasında biznes əlaqələrinin inkişafına güclü təkan verəcək”
18-05-2022, 17:41
Rüstəm Nağıyev: “Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır”
18-05-2022, 09:24
Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub
27-04-2022, 13:34
Rüstəm Nağıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı bütün türk dünyasının güclənməsinə xidmət edir”
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU