10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Azər Ələkbərov: Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalıdı

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov - Azərbaycan polisi barəsində nə qədər xoş söz desək, azdır. Əlbəttə bu şərəfli vəzifəni daşıyanlar bəzən haqsız tənqidlərlə üzləşirlər. Ancaq onlar dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi, azadlığı uğrunda gedən döyüşlərdə nə qədər cəsarət, səbr, inam, sevgi göstərə bilirlərsə, elə bir o qədər də bütün vətəndaşları anlayışla, hörmətlə, məhəbbətlə qarşılayır, ictimaiyyətin daha xoşbəxt yaşaması üçün canlarından keçməyə hazır olduqlarını təvazökarcasına göstərməyi bacarırlar.
Polis həmişə ən ağır peşə olub. Onu seçmək özü qəhrəmanlıqdır. Əgər sən polis olmağa qərar vermisənsə, deməli, artıq müdrik düşüncə tərzinə maliksən. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun unudulmaz fikirlərindən birini xatırlatmasaq olmaz:
“Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır”.
Hörmətli nazir Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-cu ilin buraxılışına həsr olunmuş təntənəli mərasimdə söyləyib. Nazirin gələcəyin polis zabitlərinə yüksək səviyyədə tövsiyə ünvanlaması onların yaddaşına əbədi həkk olunur.
Keçmiş akademiya tələbəsi polis zabiti kimi fəaliyyətə başlayanda nazirin bu tövsiyəsini əsas götürür deyə, Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vətəndaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır.
Polissiz bir günümüz olmasın. Pafoslu səslənsə də, həqiqətdir və polissiz bir günü təsəvvür edə bilsəniz, gözləriniz qarşısında xaos canlanacaq, isterik vəziyyət yaşayan insanların şəhərin küçələrində törətdikləri qeyri-insani hərəkətlər ikrah hissi yaradacaq. Polis səliqə-səhman yaratmağı, rahat yaşatmağı, azadlığı qorumağı qürurla həyata keçirən şərəfli peşə sahibidir.
Cəmiyyətin hər bir üzvü bu peşənin sahiblərinə böyük sayğı ilə yanaşmalı, qarşılıqlı hörmət bəsləməlidir. Polislər həmişə narahatdırlar. Onlar öz rahatlıqlarını cəmiyyətin sabitliyinə qurban verirlər. Yatmırlar, dincəlmirlər, asayişi qorumaqla ölkənin inkişafına bir başa təkan verirlər.
2 iyul tarixi təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli olduğu bir gündür. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağır məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanların amansız xəstəliyə yoluxmasının qarşısında sipər kimi şərəfli missiyanı Azərbaycan polisi yerinə yetirdi. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir.
Polislərin daha bir unudulmaz qəhrəmanlığı Ermənistan tərəfindən işğal olunan torpaqların azadlığı uğurunda 44 günlük Vətən müharibəsində yaşandı. Qarabağda və Ermənistanın işğal etdiyi digər rayonlarla sərhəd ərazilərdə təxribatların qarşısının alınmasında müstəsna xidmətlər göstərən polislər hərbçilər qədər müharibə acısı, ağrısı yaşadılar və ordumuzla birlikdə qalib gəldilər.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-08-2022, 12:39 Oxunub: 346
Bölməyə aid digər xəbərlər
25-07-2022, 13:21
Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi