12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zəfərə gedən yol 27 sentyabrdan başlandı





2 il bundan əvvəl 27 sentyabr tarixində Azərbaycan ordusu ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına keçərək torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük mübarizəyə başladı. Sadəcə, Azərbaycan ordusu deyil, Azərbaycan xalqı da bu mübarizədə birlik oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin səfərbərlik elan etməsindən qısa bir müddət sonra insanlar böyük bir istəklə səbərbərlik şöbələrinin qarşısına yığışdılar. Şöbələrin qarşısında böyük bir izdiham var idi. Hər kəs cəbhəyə getməyə hazır idi. Çünki biz bu günü çox gözləmişdik. 30 ildən çox torpaqlarımız işğal olunmuş, həmçinin 1 milyondan çox şəxs öz torlaqlarından didərgin düşmüş, məcburi köçkün statusu almışlar. Düşmənə layiqli cavabı vermək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz, xalqımız ayağa qalxıb, böyük həmrəylik nümayiş etdirib. Bu gün bizim tariximizə qəhrəmanlıq günü kimi qeyd olunub. Həmçinin bu gün böyük zəfərə aparan yol kimi qiymətləndirilir. Bu, sadəcə, Azərbaycan tarixinə deyil, həm də dünya tarixinə qızıl hərflərlə yazılmışdır.  27 il kağız üzərində qalan beynəlxalq hüquq normalarına uyğun olan BMT qətnamələrinin icrasını Azərbaycan öz təşəbbüsü ilə həyata keçirdi. Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım – addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı.
İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Zülfüqar Cəfərov, YAP Saunçu rayon təşkilatının sədr müavini 


Tarix: 29-09-2022, 11:09 Oxunub: 24


Bölməyə aid digər xəbərlər