44 günlük müharibənənin sonunda 30 ildir düşmən tapdağında inləyən digər torpaqlarımız kimi Zəngilan da düşmən işğalından azad edildi. 18-20 oktyabr tarixlərində Zəngiləan rayonunun işğaldan azad edilməsi uğrunda qızğın döyüşlər başladı. Sərhəd qoşunlarının komandanlığı altında aparılan döyüşlər düşmənin növbəti məğlubiyyəti ilə nəticələndi.20 oktyabrda Ali Baş Komandanımız Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan şəhərinin,onun 4 qəsəbəsinin və 49 kəndinin işğaldan azad olunması xəbərini böyük sevic hissi ilə xalqına xəbər verdi.
1993-cü il 30 oktyabrda Erməni qəsbkarları tərəfindən işğal edilən Zəngilan Azərbaycan üçün. yalnız adi torpaq parçası deyildi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının səyi və təkidi nəticəsində özgə torpaqları hesabına özlərinə dövlət qurmaq istəyən Ermənistana birləşdirilən Zəngəzur qəzasının bir parçası,əsir yurdumuz idi. Qəzanın yuxarı hissəsi hələ də məkrli siyasətin qurbanı olaraq 100 ildən artıqdır Ermənistan xəritəsinin sərhədləri daxilindədir.Ümid edirik ki ,vaxt gələcək,o yurd yerlərimiz də öz sahiblərinə qayıdacaq.
İllərdir dağıdılıb məhvə düçar olan tarixi abidələrimiz,dinii abidələrimiz,ziyarətgahlarımız,memarlıq abidələrimiz öz əvvəlki əzəmətinə və gözəlliyinə qovuşacaq.
Bu gün Zəngilanda yeni-yeni layihələr,kəndlərin bərpası işləri sütlə davam edir. Ağalı ağıllı kəndi bu ilin may ayında ilk sakinlərinə qucaq açıb. Kənddə müasir tələblərə cavab verən 200 ev tikilərək sakinlərin istifadəsinə verilib. Kənddə məktəb, bağça, məşğulluq, tibb məntəqəsi, "Asan", "Dost" xidmət məntəqələri yaradılıb.
Bu gün təkcə Zəngilanda deyil,bütün Qarabağda tikinti bərpa,quruculuq işləri sürətlə gedir. Azərbaycanın əzəli əbədi torpaqları, onun xalqı qələbə sevinci yaşayır. Bu sevinci canları,qanları bahasına bizə yaşadanları şəhidləri, qaziləri unutmur. Ali Baş Komandanımız başda olmaqla bu qələbədə rolu,haqqı olan hər bir kəs ehtiramla,sevgi ilə xatırlanır. Və qərinələr,əsrlər keçsə də,bu dəyişməyəcək.Çünki xalq bunu çox gözəl bilir ki Qarabağı bizə Prezidentimizin uğurlu siyasəti və onun arxasında duran əzəmətli ordusu qaytardı.
Sabunçu qəsəbəsi, 311 №-li tam orta məktəbin
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə
direktor müavini Şəfa Seyidova
Bölməyə aid digər xəbərlər